Melissa Group tikinti şirkəti, “İlin Tikinti Şirkəti” seçildi

https://melissagroup.az/storage/app/media/ilin-tikinti-sirketi_20210909181715.jpg

Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri olan Melissa Group tikinti şirkəti “Azeri Business Award” mükafatlandırma mərasimində “ilin tikinti şirkəti” olaraq seçildi.

Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevirilən Melissa Group 2000-ci ildə fəaliyyətə başlayıb. Şirkət insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla ilərləməkdədir. Bu illər ərzində öz etibarlılığı ilə seçilən Melissa Group “Azeri Business Award” mükafatlandırma mərasimində ilin tikinti şirkəti olaraq seçildi. Şirkətin direktoru Xəzər Məmmədov mərasimdə “Azeri Business Award” mükafatını qəbul etdi.

5 ay öncə Melissa Parkın ilk binsını sakinlərə çıxarışla təqdim edən şirkət, söz verdiyi kimi Melissa Parkın ikinci binasının çıxarışını da mənzil sahiblərinə mükafatlandırma mərasimində təhvil verdi.

Melissa Group “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirib. Hal-hazırda “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrinin icrasını davam etdirən Melissa Group tikinti şirkəti sağlam təməlli, müasir görünüşlü, möhtəşəm binaların inşası ilə daim alıcıların diqqət mərkəzindədir və peşəkar fəaliyyətini dəfələrlə sübut edən şirkət mükafata təsadüfən laiq görülmədiyini əyani şəkildə göstərdi.