Əməkhaqqı hesablaması üzrə mütəxəssis (Payroll)

İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əmək haqqı: 1500 - 2000 AZN
İş yeri: Melissa Group (Baş ofis)

Vəzifə öhdəlikləri:

  • Şirkət üzrə aylıq əməkhaqqının tam və düzgün tarifli və sabit əməkhaqqı sistemlərinin idarə olunması;

  • Bonus, mükafat, əlavə iş saatı, gecə saatı və bayram günləri üzrə ödənişlərin hesablanması;

  • Məzuniyyət (əmək, ödənişsiz, analıq və s.), ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması;

  • Son haqq-hesabın (işdən çıxma zamanı) düzgün aparılması;

  • Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə tutulmaların düzgün hesablanması;

  • Müvafiq dövlət orqanlarına aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi;

  • İcra sənədləri (aliment, kredit və s.) üzrə tutulmaların aparılması;

  • İş vaxtının uçotu tabelinin yoxlanılması və əməkhaqqına inteqrasiyası;

  • Ştat cədvəli və əmək haqqı fondunun nəzarətdə saxlanılması;

  • Aylıq payroll reyestrlərinin və əməkhaqqı hesabatların hazırlanması;

  • Audit sorğularına və daxili yoxlamalara operativ məlumat təqdim edilməsi;

  • Məxfi məlumatların qorunmasının təmin edilməsi;

  • HR və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;

  • Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.


Namizədə tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə);

  • Payroll sahəsində minimum 2-3 il iş təcrübəsi;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə güclü biliklər;

  • Sosial sığorta və xidmət haqları qanunvericiliyi, əməkhaqqı uçotunun metodologiyası; 

  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;

  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;

  • Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;

  • 1C 8.3 proqramında işləmək bacarığı mütləqdir;

  • Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik;

  • Məxfilik prinsiplərinə riayət etmə;

  • Komandada işləmə bacarığı;

  • 21-35 yaş arası namizədlər.

 

CV-lərinizi [email protected]   ünvanına "Əməkhaqqı hesablaması üzrə mütəxəssis (Payroll)" başlığı ilə göndərməyiniz  xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Daxili audit və təftiş üzrə menecer

Aktiv Vakansiya: Daxili audit və təftiş üzrə menecer (Melissa Group)
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: 3500-4000 AZN
İş yeri: “Melissa Group” (Baş ofis)

Əsas vəzifə öhdəlikləri

  • Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsini təmin etmək;

  • Daxili nəzarət və təftiş funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərinin planlanmasında və icrasında iştirak etmək;

  • Sifariş verilən mallarla, təhvil verilən malların uyğunluğunu nəzarətdə saxlamaq;

  • Həftəlik və aylıq satış hesabatı üzrə Firmalarla üzləşmə Aktları tərtib etmək hər iki tərəfə imzalatmaq;

  • Maliyyə hesabatlarının düzgünlüyünü, vergi, mühasibat uçotu və digər normativ-hüquqi aktlara uyğun aparıldığını yoxlamaq;

  • Maliyyə və uyğunluq auditlərinin vaxtında həyata keçirilməsini təmin etmək üçün audit prosesini aktiv şəkildə idarə edilməsi;

  • Maliyyə və material risklərinin aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi;

  • Gündəlik olaraq ödənilən vəsaitin təyinatını araşdirib həqiqiliyini yoxlamaq;

  • Borcla bağlı uyğunsuzluqları təsbit etmək, nəticəsini aktlaşdırıb Firma Rəhbərliyinə təqdim etmək;

  • Müəssisənin bölmələrində sayım, üzləşmə, yoxlama və inventarizasiya aparılmasını təşkil edir;

  • Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması;

  • Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət edilməsi;

  • Anbarlar üzrə mal qalıqlarının təhlili və uyğunlaşdırılması;

  • İllik Təftiş planının tərtibi və plana uyğun təftiş prosedurlarını həyata keçirmək.

 

Namizədə tələblər 

 Ali təhsil (maliyyə, audit, mühasibatlıq, iqtisadiyyat və ya mühəndislik sahələri üzrə)

  • Minimum 3 il audit və ya təftiş sahəsində rəhbər vəzifədə iş təcrübəsi (tikinti sahəsində təcrübəyə üstünlük verilir)

  • Maliyyə və tikinti sənədləri ilə işləmək bacarığı

  • Qanunvericilik və audit standartları haqqında biliklər

  • Yüksək analitik düşünmə və təhlil bacarığı

  • MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı

  • 1 C proqramında sərbəst işləmə bacarığı

  • Müstəqil işləmək və hesabat vermək bacarığı

  • Komandada işləmək və strukturla effektiv ünsiyyət bacarığı

Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Daxili audit və təftiş üzrə menecer” qeyd edərək, hr@melissagroup.az  ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

SMM

Aktiv Vakansiya: SMM mütəxəssisi
İş qrafiki: 5 günlük iş qrafiki (Şənbə və Bazar günləri istirahət)
Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
İş yeri: Melissa Group


İşin Təsviri:

  • Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok və s.) idarə edilməsi;

  • Aylıq və həftəlik kontent planının hazırlanması və icrası;

  • Post, story və reel üçün mətnlərin (copywriting) yazılması;

  • video çəkilişi və montaj bacarıqlarının olması;

  • Vizual kontent üçün dizayner və videoqrafla koordinasiya;

  • Sosial media trendlərinin izlənilməsi və kontentə inteqrasiyası;

  • Kampaniya və aksiyalar üçün kontent ideyalarının hazırlanması;

  • Sosial media göstəricilərinin (reach, engagement, follower artımı və s.) təhlili və hesabatların hazırlanması;

  • Brendin tonallığına və kommunikasiya strategiyasına uyğun paylaşımların təmin edilməsi.

Namizədə Tələblər:

  • 20-30 yaş arası namizədlər;

  • Ali təhsil;

  • Video edit proqramları ilə işləmə bacarığı;

  • Sosial media alqoritmləri və trendləri barədə anlayış;

  • Səlis danışıq, ünsiyyətcil olmaq;

  • Kreativ düşüncə və vizual zövq;

  • Texnoloji yeniliklər barədə məlumatlı olmaq üstünlükdür;

  • Azərbaycan dilində səlis yazı bacarığı (rus və ya ingilis dili üstünlükdür);

  • Komanda ilə işləmə bacarığı.

Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “SMM mütəxəssisi” qeyd edərək, hr@melissagroup.az  ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Yalnız yuxarıdakı “Melissa Group CV forması”na doldurulmuş CV-lərə baxılacaqdır .

CV-ni yüklə