Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevrilən Melissa Group 2000-ci ildən fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

Melissa Group tikinti şirkəti, Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçməmişdən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin edib. Şəhərin mərkəzi küçələrində sağlam təməlli, müasir görünüşlü möhtəşəm binaların inşası ilə daima diqqət mərkəzində olan Melissa Group, “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirmişdir. Hal-hazırda “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrinin icrası davam etməkdədir.

Sizlərə, xəyallarınızda canlandırdığınız tam təmirli, yüksək keyfiyyətli, 17-20 mərtəbəli müasir tələblərə cavab verən binalar inşa edirik. İnşa etdiyimiz komplekslərdə daimi su, işıq və qaz sistemləri, Türkiyə istehsalı olan sərnişin və yük liftləri, plastik qapı və pəncərə sistemləri, seyf qapılar, yeraltı qaraj, təhlükəsizlik xidməti, istirahət parkı, tennis və futbol meydançaları yüksək standartlara cavab verəcək keyfiyyətdədir.

  • İlin tikinti şirkəti
    Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevirilən Melissa Group tikinti şirkəti 2016-ci ildə “Azeri Business Award” mükafatlandırma mərasimində “ilin tikinti şirkəti” olaraq seçildi.
    Noyabr 25, 2016
  • KSM layihələri
    Vizyonundakı yüz minlərlə ailəyə sevinc bəxş etmək anlayışını eyni zamanda həyata keçirdiyimiz Korporativ sosial məsuliyyət (KSM) layihələri ilə də təmin etməyə çalışırıq. Melissa Group tikinti şirkəti 2017-ci ildə EXPO Center-də keçirilən beynəlxalq əmlak sərgisində “Sağlam gələcəyin təməli ağaclarla bütünləşən yaşıl təbiətdən asılıdır” sloqanı ilə iştirak etmiş, 2017-ci ildə də “Yaşıllığı Sevirəm”, 2018-ci ildə SOS uşaq kəndləri ictimai birliyi ilə, 2020-ci ildə isə koronovirusla mübarizə çərçivəsində “Ümidini itirmə” KSM layihələrini həyata keçirmişdir.
    Oktyabr 31, 2016
  • Melissanın yüksəlişi
    Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçmədən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin edib. Şəhərin mərkəzi küçələrində, tamamilə yaşayış rahatlığınıza indeksli olaraq planlanan binaların inşası ilə daima diqqət mərkəzində olan Melissa Group, “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirmişdir.
    İyul 15, 2019
  • 2000-ci ildə Melissa Group fəaliyyətə başladı
    Melissa Group şirkəti olaraq ilk gündən etibarən insanların komfort və rahatlığını düşünərək, ideal həyat fikrini reallaşdırmaq üçün çalışırdıq. Missiyamız sağlam təməlli, müasir görünüşlü, möhtəşəm yaşayış komplekslərinin inşasıdır.
    Iyun 12, 2000

4

TƏHVİL VERİLMİŞ LAYİHƏ

7400

SAKİN SAYI

3

DAVAM EDƏN LAYİHƏLƏR