“Xoşbəxt ailələr bir-birinə bənzəyir, çünki onların övladları həyatlarını daim gözəlləşdirir”.
Valideynlər hər zaman uşaqlarının sağlam və gözəl həyat sürərək uğurlu bir gələcəyə addım atmalarını arzu edirlər. Bu səbəbdən həm maddi həm də mənəvi güclərini bu amal uğrunda mübarizəyə cəlb edirlər.
Uşaqların hələ diqqətə və qayğıya ehtiyacı olduğu dövrdə valideynlər – onların, yuxu rejimi, qidalanma tərzi və psixoloji vəziyyətinə xüsusilə diqqət etməlidirlər.
Uşaqların şəxsiyyətinin formalaşması prosesi onların ətrafda gördükləri hadisələri dərk edərək, bu hadisələrdən nəticə çıxararaq yekunda ortaya özünəməxsus reaksiya göstərmələrinə və sonda doğru ya da yanlış yanaşmaya sahib olmaqlarına imkan verir.
Bu səbəbdən övladlarınızın evdə ətraf aləmlə qurduğu əlaqə, verdikləri reaksiyanı izləmək, onları başa düşmək çox vacibdir. Əgər onlar rahat,sakit və gözəl aurası olan mənzildə yaşayırlarsa, şən və xoşbəxt olacaqlar. Təbii ki, həm ailədə mehribanlıq həm də yaşadıqları evin müsbət xüsusiyyətləri bu nəticədə xüsusi rol oynayacaq.
Uşaqların özlərinə aid otaqlarının olması, onların sakit bir mühitdə, böyüklərdən müstəqil vaxt keçirmələrinə, özlərini kəşf etmələrinə imkan tanıyır. Aparılan elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, uşaqlar öz otaqlarında gün ərzində vaxt keçirdikləri zaman onların xəyal gücü, sərbəst düşünmə bacarığı inkişaf edir. Belə ki, gün ərzində davam edən oyunlar, yerinə yetirilən tapşırıqlar və dincələcəkləri rahat otaq onlara əvəzolunmaz anlar yaşadır.
Yeni ev alarkən və ya mənzili genişləndirərkən valideynlərin ağlına uşaqlarının otaqlarını düzgün dizayn etmək və onların sağlam böyüməsini necə təmin etmək ilə bağlı suallar gələ bilər.
Aşağıda qeyd etdiyimiz nüansları diqqətə almaqla övladlarınız üçün ideal otağı dizayn edə bilərsiniz :
1) Divar kağızlarında rəng və keyfiyyət seçimi
Bəzən valideynlər uşaq otaqlarını dekorasiya edərkən otağın görünüşü üçün vacib olan divar kağızlarının seçimində yanlışlıqlara yol verirlər. Bu zaman doğru seçim sadə, qaranlıq, klassik tonlardan istifadədən imtina etməklə daha canlı, qeyri-adi və gözəl illüstrasiyalı divar kağızlarına üstünlük vermək ola bilər. Son seçim edilərkən övladınızın hansı rəngi daha çox bəyəndiyini müəyyənləşdirmək uğurlu olmağınıza gətirib çıxaracaqdır.
Divar kağızı seçimi zamanı bir digər məsələ isə, onun keyfiyyətidir. Bu məqam bir çoxları tərəfindən diqqətə alınmasa da uşaqların sağlamlığı üçün açar rolunu oynayır. Təbii maddələrdən istifadə olunmuş, su əsaslı boyalarla hazırlanmış və eyni zamanda ekoloji cəhətdən təmiz divar kağızları övladlarınızın sağlamlığına zərər vurmayacaqdır.
Son olaraq, antibakterial və nəfəs alan divar kağızlarından istifadə edilməsi körpələrin gələcəkdə nəfəs yolu xəstəliklərinə yoluxması ehtimalını azaldacaqdır.
2) Divar kağızlarında cinsiyyətə uyğun rəng seçimi
Son illərdə uşaq otaqlarının dekorasiyasında bir-birlərinə qarşı bərabərhüquqlu olduqlarını hiss etsinlər deyə - hər iki cins üçün ortaq olacaq rənglərin seçilməsinin məqsədəuyğunluğu qeyd olunmuşdur. Əgər, eyni zamanda qız və oğlan övladı sahibisinizsə yaxşı olar ki, hər ikisinə uyğun rəng seçimi edəsiniz.
3) Uşaq otağını çox əşya ilə doldurmaq lazım deyil.
Onların otağını mümkün qədər çox əşya ilə doldurmaq diqqət dağınıqlığına və otağın qarışıq görünməsinə səbəb ola bilər. Eyni zamanda, yataqlar uşaqların boyuna və kilosuna uyğun olmalıdır. Ortopedik yataqların seçimi isə uşaqların onurğa və əzələ sisteminə müsbət mənada təsir edəcəkdir. Əlavə olaraq, böyük dolablardan imtina edilməli, minimalist tərz mənimsənməlidir.
4) Uşaq otağının yerləşmə mövqeyi
Uşaqların inkişafı üçün təmiz hava və bol günəş işığı qəbul etmələri onların sağlam həyat sürmələrinə verəcəyimiz ən böyük töhfədir. Otaqların havasının tez-tez dəyişilməsi, işıqlı olması, genişliyi onların əhval-ruhiyyəsində müsbət dəyişikliklərə gətirib çıxaracaqdır. Buna görə də mənzil seçimi zaman uşaq otaqlarının yerləşdiyi hissəyə, həmin yerin havalı olmasına diqqət yetirmək pis olmaz.
5) Uşaq otağında kiçik kitabxana qurulması
Valideynlərin uşaq otağına kitab rəfini əlavə etməsi övladlarının mütaliə bacarıqlarının inkişaf etməsində rol oynayacaq, onların vaxtlarını müsbət dəyərləndirməsini mümkün edəcək. Uşaqlar, onlar üçün zərərli ola biləcək məşğuliyyətlərdən uzaq olaraq, vaxtlarından səmərəli şəkildə istifadə edəcəkdir.
6) Uşaq otağının geniş olması uşaqların rahat və azad hərəkət edərək asudə vaxt keçirmələrinə imkan tanıyır.
Geniş otaq övladınızın özünü rahat hiss etməsinə, dar məkandan azad olaraq həvəslə məşğuliyyətlərinin arxasınca düşməsinə gətirib çıxaracaqdır. Hansı yaşda olurlarsa olsunlar, onlar üçün otaqları hər zaman oyun meydançası olaraq qalacaq və rahatlıq daim onlar üçün ön planda olacaqdır.
Bəzən, uşaqlara ayrılan kiçik otaqlar onların təxəyyülünə, xəyal qurmaq qabiliyyətinə mənfi təsir göstərir. Onlar, kiçik otaqlarında rahat hərəkət edə bilmir, yaşa dolduqca çox vaxt bir-biri ilə mübahisə edərək daha geniş otağa keçmək arzusuna qapılırlar. Bu zaman ailələr qısa, ancaq hər birinin haqq iddia etdiyi münaqişələri həll etmək üçün daha böyük mənzilə köçməyə qərar verirlər.
Melissa Group şirkəti 22 ildir ailələr üçün rahat və özlərini azad hiss edə biləcəkləri mənzillər inşa edir. Bir çox layihələrində uşaq otaqlarının geniş, rahat və səs keçirməyən olmasına diqqət yetirən şirkət indi də “ Ailəmiz Böyüyür” kampaniyası ilə övladlarının dar məkana sıxışıb qalmaması üçün çalışan valideynlərə - onlara daha böyük və xəyallarının ardınca qaça biləcəkləri otaqlara malik olacaqları mənzillər təklif edir.
İndi cəmi 440 AZN aylıq ödəniş edərək, ağ təmirli 2 otaq studiya mənzil əldə edərək, Melissa Park ailəsinin növbəti üzvü ola bilərsiniz. Ətraflı məlumat üçün*3939-a zəng edə və ya satış mərkəzimizə yaxınlaşa bilərsiniz. Ünvan: H.Zərdabi 202 A