Uzaq Qohum, Yoxsa Yaxın Qonşu?

https://melissagroup.az/storage/app/media/tv_20230314173137.png

Sivilizasiyalar və quruluşlar bir-birini izlədikcə cəmiyyətdəki münasibətlər və rollar da dəyişməyə başladı. Buna baxmayaraq, qonşuluq münasibətlərinin dayaqlarının hələ də möhkəm olduğunu deməyə əsasımız var.
Digər mədəniyyətlərdən fərqli olaraq, Azərbaycan - qonşularla birlik qurmaq, ailə kimi formalaşmaq meyillərindən üz döndərməmişdir. Ölkəmizdə keçmişdən indiyə qədər davam edən mehribançılıq, paylaşım və dəstək yaddan çıxmayıb, əksinə insanlar sonrakı nəsillərdə də eyni şüuru formalaşdırmaq üçün övladlarını bu ruhda böyütməyə davam edirlər. Təsadüfi deyil ki, ev alma qonşu al deyib atalarımız...
O səbəbdəndir ki, adət-ənənələrimizi gözdən keçirdikcə, məlum olur ki, hətta qohumlarımızdan daha çox qonşularımızla vaxt keçirmiş, dara düşdüyümüz vaxt çətin situasiyalardan onların sayəsində çıxmışıq. Eyni zamanda, xoş günlərdə də qonşularımız həmişə ailəmizin bir üzvü kimi yanımızda dayanmış, bizə dayaq vermişdir. Xülasə, birlikdə ağlamış birlikdə gülmüşük. Yeni ilin gəlişini onlarla qarşılamış, Novruz bayramlarında süfrələrimiz qaydasında olması üçün gecədən səhərə qədər bütün qonşularla birləşib bir-birindən dadlı şirniyyatlar bişirmişik.
Bizim dost olduğumuz kimi, övladlarımız da daim bir-birinə arxa-dayaq durub. Bəzən isə, ailə dəyərlərimiz o qədər ürəyə yatan olub ki, övladlarımızın birgə həyat qurmasına çalışmış, sonda yaxın qohuma çevrilmişik. Sonda da lap yaxın qonşu olmuşuq.

Gördüyünüz kimi hekayələr fərqlidir. Fərqli olmayan tək bir şey var. Qonşularımızla quracağımız isti dostluq münasibətləri həm bizim üçün, həm də onlar üçün çox şey ifadə edir. Demək olar ki, həyatımızın çox hissəsini, ən gözəl anlarımızı uzaq qohumlarımızdan daha çox onlarla keçiririk. Hətta, yaxınlarımıza deyə bilmədiklərimizi belə onlarla paylaşırıq. Köməyə ehtiyacımız olan anda, çağırmadan onları yanımızda tapırıq. Bu dəyəri qoruyub saxlamaqdan ötrü, Melissa Group şirkəti olaraq, “Uzaq Qohum, yoxsa Yaxın Qonşu?” sorğusunu həyata keçirərək, dəyişməkdə olan ailə və qonşuluq vərdişlərinə geri qayıtmağa səsləyir, etinasızlıqdan kənar, yenidən bir-birimizə zaman ayıracağımız, birlikdə deyib-güləcəyimiz günlərə qayıtmaq üçün çalışdığımızı bildirmək istəyirik. Buna görə də Yaxın Qonşu deyirik : 


• Aylıq ödəniş: 590 AZN
• 2 otaq studiya mənzil
• Tam təmirli
• Layihə: Melissa Park

Yaxın qonşularınız sizi gözləyir!
Ətraflı məlumat üçün*3939-a zəng edə və ya satış mərkəzimizə yaxınlaşa bilərsiniz.