Toydan qabaq “Sakin Ol”-un!

https://melissagroup.az/storage/app/media/toydan-qabaq-sakin-ol-un20220117164638.png

Xalqımız dünyada qonaqpərvərlik xüsusiyyətinə görə seçilən bir xalqdır. Bunun ən bariz nümunəsinə toy və bayram günlərində şahid oluruq. Ən yaxınlarımızı bir məkana yığmaq, sevincimizi bölüşmək və onların da dəstəyi ilə toy xərclərinin qarşılanması qonaqpərvərlikdən və paylaşmağı sevməyimizdən irəli gəlir.

Lakin, mövcud karantin qaydaları səbəbindən insanların bir qismi toy etmədən evlənir, digərləri isə şadlıq saraylarının açılmasını həsrətlə gözləyir. İyun ayından başlayaraq yumşaldılmış karantin rejimini nəzərə alsaq, pandemiyadan əvvəlki vaxtlara qayıtmağa ümidimiz daha da artır.

Şadlıq saraylarının qismən açıldığını düşünərək, bir çox vətəndaş artıq toydan qabaq lazım olan tədbirləri indidən görməyə başlayırlar. Lazımi mətbəx avadanlıqları, uyğun mebel seçimi və qonaqların siyahısını hazırlamaq bu tədbirlərin sadəcə bir qismidir. Ən önəmlisi isə, toydan qabaq sakin olmaqdır. Bəli, söhbət yeni mənzilə köçüb sakin olmaqdan gedir.

Toydan qabaq mənzil sahibi olmaq yenicə qurulmuş ailənin maddi və mənəvi təhlükəsizliyi baxımından böyük rol oynayır. Mənzil qiymətləri, qonşuluq əlaqələri, binanın yerləşdiyi məkan, və s. nüanslar nəzərə alınmalıdır. Lakin, toy xərclərindən sonra, heç kəs yeni bir evə sahib olacaq qədər böyük büdcəyə sahib olmur.

Bunun üçün də, daha rahat şərtlərlə mənzil sahibi olmaq üçün yaxşı araşdırma etmək lazımdır. Hər kəsə uyğun imkanlardan birini Melissa Group yeni “Sakin Ol!” kampaniyası ilə təqdim edir. İllərdir əlverişli şərtlərlə rahat mənzil sahibi olmağa imkan yaradan Melissa Group yeni kampaniyayla bu ənənəni qorumağa davam edir.

Gələcək toy günlərinə indidən tədbir görmək istəyən vətəndaşlara Melissa Group sakin olmağı məsləhət görür. Böyük büdcə hazırlamadan, yeni qurulan ailəniz və gələcəkdə övladlarınızın rahatlığı üçün bundan sərfəlisi yoxdur.

Kampaniyadan yararlanan müştərilər yalnız ipoteka ilə deyil, eləcə də yeni başlamış sərfəli daxili kredit imkanından da faydalana biləcək. Kampaniya şərtləri isə çox sadədir. Belə ki, ilkin 11.500 manat, aylıq cəmi 450 manat ödəyin, 2 otaqlı studio mənzil sizin olsun. Bundan əlavə, xüsusi seçilmiş hazır, tikilməkdə olan, təmirli və təmirsiz 1, 2, 3 otaqlı 50-yə yaxın kampaniya mənzillərindən birinə sahib ola bilərsiniz.

Kampaniyaya daxil olan mənzillərin sayı məhduddur, amma siz yenə də sakin olun. Satış mərkəzinə yaxınlaşaraq mənzilinizi seçin və Melissa Parkda sakin olun!

Ətraflı məlumatı *3939-a zəng edib əldə edin.