Bir çoxlarımız üçün mətbəx yalnız xörək bişirmək yeri deyil, həm də günümüzün çox hissəsini keçirdiyimiz məkandır. Məhz əksər vaxtımızın mətbəxdə keçdiyi üçün, biz burada lazımi əhval-ruhiyə, sevinc və müsbət emosiyalı atmosfer yaratmalıyıq. Mətbəx yalnız qida ilə yox, həmçinin həyata sevgi ilə baxmaq üçün assosiasiya olmalıdır. Bunun üçün mətbəxin isti rənglərdə olması tövsiyə edilir.
Bunun üçün yeni mətbəx dəsti sifariş verməyə ehtiyac yoxdur. Xırda aksessuarlar ilə və onların düzgün şəkildə mətbəxdə yerləşdirilməsi, mətbəxin yeni rənglər almasına kömək edəcək. Misal üçün parlaq aksesuarlar, zərif və ya naxışlı qab, təbii və ya suni güllər.
Cəlbedici mətbəxin ikinci mühüm qaydası – heç bir qarışıqlıq olmamalıdır. Əlbəttə ki, bu çirkli qablar və ya dağınıq deyil, heç bir ev xanımı buna yol verməz. Bu, lazımsız əşyaların göz önündə olmasıdır, açıq bankalar, mətbəx qadjetləri və s. Bunlara görə mətbəx ümumi səliqəsiz və dolu görünür. Bu cür halların baş verməməsi üçün mətbəx çoxfunksiyalı olmalıdır. Hər əşyanın öz yeri və hətta mümkün qədər rahat olmalıdır.
Böyük mətbəx texnikası üçün, paltaryuyan və ya qabyuyan maşın, dekorativ panellərdən istifadə etmək olar. Bu mətbəxə səliqəli görünüş bəxş edəcək.
Və əlbətdə ki, ideal mətbəxin üçüncü qaydası – stilin və funksionallığın bir arada olmasıdır. Bizi mətbəxdə ən çox görünüş baxımından nə narahat edir? Bu təbii ki, ən böyük obyekt olan – soyuducudur. Soyuducu seçiminə xüsusi yanaşmaq lazımdır. Soyuducunun nəyinki funksionallığı həm də dizaynı yaxşı olmalıdır.
Beləliklə, eksperementlər aparın, yaradın və unutmayın: mətbəxdə keçirdiyiniz zaman yorucu bir ev işi olmamalıdır. Siz özünüz və ailəniz üçün mətbəxdə keçirdiyiniz hər axşamı kiçik bir bayrama çevirə bilərsiniz!