Melissa Park yaşayış kompleksinin növbəti: 6-cı binasının sakinlərinə çıxarış təqdim olundu!

https://melissagroup.az/storage/app/media/Melissa%20Park%20ya%C5%9Fay%C4%B1%C5%9F%20kompleksinin%20n%C3%B6vb%C9%99ti%206-c%C4%B1%20binas%C4%B1n%C4%B1n%20sakinl%C9%99rin%C9%99%20%C3%A7%C4%B1xar%C4%B1%C5%9F%20t%C9%99qdim%20olundu_20220124093634.png

Melissa Group tikinti şirkəti ən böyük layihəsi olan 22 binadan ibarət Melissa Park Yaşayış kompleksinin 6-cı binasının çıxarış və texniki pasportunu sakinlərə təqdim edib.

30 mart tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Melissa Group tikinti  şirkətinin əməkdaşları tərəfindən Melissa Park yaşayış kompleksinin həyətində sakinlərlərə çıxarış və texniki pasport təqdim edilib. 6 binası hazır olan artıq 2000 sakinin yaşadığı və mərhələli şəkildə mənzil sahiblərinə təhvil verilən Melissa Park yaşayış kompleksinin ilk binasını tam təmirli şəkildə təhvili 2016-cı ilin iyul ayında olmuşdu.

Həmin dönəmdə kompleksin ilk binasını təhvil verən Melissa Group tikinti şirkəti, Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçməmişdən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin edib. ASP MTK, Melissa Park, Melissa Residence və Melissa Azadlıq kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən “Melissa Group” tikinti şirkəti 2000-ci ildən etibarən fəaliyyət göstərir və inşa etdiyi komplekslərdə ən yüksək innovativ statndartları tətbiq edir.

Melissa Group şirkəti mənzillərin satışını nağd, 5 ilədək daxili kredit və ya 25 illik ipoteka krediti ilə həyata keçirir.