Melissa Group-dan yeni Baş Sponsorluq razılaşması

https://melissagroup.az/storage/app/media/Melissa%20Group-dan%20yeni%20Ba%C5%9F%20Sponsorluq%20raz%C4%B1la%C5%9Fmas%C4%B1_20220124093612.png

Melissa Group-dan Azərbaycanın kino industriyasına dəstək.

“Melissa Group” tikinti şirkəti çəkilişləri hələ ilin əvvəlindən başlayan və 27 Dekabr 2018-ci ildə təqdim olunan “Əfsanə Qayıdır” komediya filminin baş sponsoru olmuşdur. Ölkənin əhəmiyyətli tikinti şirkəti olaraq geniş miqyaslı sponsorluq layihələrində iştirakın vacibliyini dərk edən şirkət, bu razılaşmanı eyni zamanda əhəmiyyətli sosial layihə kimi də qiymətləndirir.

Belə ki, bir çox korporativ sosial məsuliyyət layihələrinə imza atan Melissa Group tikinti şirkəti yenicə inkişafda olan Azərbaycan kino industriyasının həssas inkişaf dönəmində yerli film istehsalçıları ilə etdiyi baş sponsorluq razılaşmasını Azərbaycan kinosuna dəstək kimi də qiymətləndirir. Şirkət rəsmiləri bu dəstəyin katalizator rolunu oynayacağını və bundan sonra da ölkədəki böyük şirkətlərin növbəti layihələrə dəstək olacağına ümid bəsləyir.