Melissa Fight Club - sakinlərimizlə qürur duyuruq!

https://melissagroup.az/storage/app/media/sayt%20720x405_20220209180227.png

Dünya çempionu sakinimizlə qürur duyuruq!- Melissa Fight Club 

2000-ci ildə yaradılan Universal döyüş idman növü ölkəmizdə 2004-cü ildən fəaliyyət göstərir. Universal döyüş idman növü özündə boks, kikboksinq, əlbəyaxa döyüş, güləş kimi növləri birləşdirir. Son illər Azərbaycanda Universal döyüş idman növündə yüksək nailiyyətlər əldə olunmuşdur.  İdmançılarımız yerli və beynəlxalq yarışlarda yüksək nəticələr qazanıblar.

Ölkəmizdə idmanın bu növünə yüksək marağı nəzərə alaraq və eyni zamanda sakinlərimizin idman bacarıqlarını inkişaf etdirmək, asudə vaxtını səmərəli təşkil etmək və idmanın müxtəlif növlərinə maraq yaratmaq məqsədilə “Melissa Fight Club” - idman klubu istifadəyə verilmişdir. “Melissa Fight Club”-un qısa müddət fəaliyyətinə baxmayaraq artıq klubun üzvləri istər yerli, istərsə də beynəlxalq arenada böyük uğurlar əldə ediblər. Belə ki, Melissa Fight Club - idman klubunun yetirməsi həm də sakinimiz olan 11 yaşlı İmran Gözəlov Türkiyənin Antalya şəhərində yeniyetmələr və gənclər arasında keçirilən dünya çempionatında Azərbaycanı təmsil edərək, 30 kq çəki dərəcəsində Universal döyüş növü üzrə dünya çempionu adını qazanmışdır. 

Əlavə olaraq klubun digər üzvləri olan Babazadə Adnan, Eyyubzadə Raul, Əlizadə Cəfər, Eyyubzadə Sveta, Babazadə Amin, Abdullayev Cəfər, Rüstəmov Tamerlan Azərbaycanda Budo döyüş növü üzrə keçirilən çempionatda qalib olublar.

Həftənin 6 günü saat 10:00-dan 20:00-a qədər fəaliyyət göstərən Melissa Fight Club-da beynəlxalq yarışların qalibi olan məşqçi Rəhim Xəlilovun rəhbərliyi altında məşqlərə yazılmaq istəyən sakinlərimiz (055)2121824, (050)9760086 telefon nömrələri ilə əlaqə saxlaya bilər.