Şübhəsiz ki, hər kəs geniş, yüksək tavanlı, işıqlı evə sahib olmaq istəyər. Sizin də kompakt bir eviniz varsa, bir neçə dekorasiya hiyləsi ilə evinizi daha geniş göstərə bilərsiniz.
Evinizə seçdiyiniz pərdənin, divar boyası ilə eyni rəngdə olmasına diqqət göstərin. Bununla yanaşı, tavana yaxın məsafədən başlayan pərdələr otağınızı daha hündür göstərəcəkdir.
Əgər böyük pəncərəniz varsa təbii işıqdan maksimum dərəcə də faydalanın. Gün işığı ilə otağın nə qədər aydınlandığını və genişləndiyinin şahidi olcaqsınız.
Divan dəstini pəncərənin önünə yerləşdirin. Beləliklə pəncərə boyunca göz gəzdirdikdə otaq geniş təəssürat bağışlayacaq.
Evi daha geniş göstərməyin yolları əsasən işığı ən səmərəli şəkildə istifadə etməkdən asılıdır. Buna görə də divarlarda açıq və işığı udmayan, daha çox əks etdirən rənglərdən istifadə etmək məqsədə uyğun olacaqdır.
Dar məkanlarda güzgülərdən istifadə də effektiv bir üsuldur. Güzgülər yaratdığı optik illuziya vasitəsilə məkana dərinlik hissi verir. Buna görə otağınızı daha geniş göstərmək üçün çox qalın çərçivəli olmamaq şərti ilə, divar və qapı kimi geniş müstəvilərdə aynalardan istifadə edə bilərsiniz.