Evinizdə Feng Shui

https://melissagroup.az/storage/app/media/Evinizd%C9%99%20Feng%20Shui_20220117164857.png

"Külək" (Feng) və "Su" (Shui) sözlərinin birləşməsindən yaranan Feng Shui, əsasən enerji tarazlığı sənətidir. Çin mədəniyyəti olan Feng Shui, 5 min illik bir tarixə sahibdir. Feng Shui əslində külək və suyun buraxdığı enerjini evə daşımaq üçün istifadə olunan texnikadır. Burada açar söz  “harmoniya ”-dır : Təbiətlə harmoniya, yaşayış mühiti ilə harmoniya.

Feng Shuinin əsas məqsədi sağlamlığı, xoşbəxtliyi, rahatlığı, sərvəti, müvəffəqiyyəti və müsbət enerjini insan həyatına cəlb etməkdir. Feng Shui-yə görə hər rəng və əşyanın enerjisi var. Məsələ bu enerjidən düzgün istifadə etmək və həyatınıza cəlb etməkdir. Feng Shui, hər hansı bir məkana həqiqətən canlı və güclü bir enerji gətirməyin əyləncəli bir yoludur. 

Şəkildəki hansı ofisdə daha səmərəli işləyərdiniz? Sol tərəfdəki şəkilə baxarkən rahat və görkəmli otaq, sağdakı şəkilə baxdıqda çirkli və narahat bir otaq görürük. Bunun səbəbi Chi dediyimiz həyat enerjisidir. Müasir dünyada "atmosfer" kimi təsvir edilən Chi, Feng Shui-nin təməl daşlarından biridir. Ancaq evinizdə, ofisinizdə hansı enerjinin daha yüksək olduğunu anlamaq biraz daha çətindir. Deyək ki, sağdakı şəkil tamamilə pis Chi ilə doldurulub. Bunu aydın şəkildə görə bilərsiniz, ancaq enerji ofisinizdə yaxşı ilə pis arasında dəyişirsə, bunu hiss etmək daha çətindir. Əlbəttə ki, pis enerji həyatınıza da təsir edir. Yaxşı bir gününüzü pis bir günə çevirə bilər və balanssız bir həyata səbəb olar. Feng Shui ilə yaşayış yerlərinizi yaxşı enerji ilə doldura və həyatınızı daha müsbət hala gətirə bilərsiniz.

Feng Shui-nin tətbiq olunmasında bəzi qaydalar mövcuddur:

  • İşıqlı, qarışıq rəngli və aynalı otaqlar: Bu inama görə otaq olduqca işıqlı olmalıdır. Təbiətin bütün rəngləri olan otaqda təbiətin enerjisi daha çox hiss olunacaqdır. Bundan əlavə, güzgülər otağın aydınlığını, genişliyini təmin etmək üçün vacibdir. 
  • Səs, musiqi, zəng: Otaq təbiətin fərqli səsləri ilə əhatə olunmalıdır. Bu bəzən qapı səsi, bəzən musiqi, bəzən zəng səsi ola bilər. Vacib olan otaqdakı həyat səsini eşidə bilməkdir.
  • Rənglər: Yaşayış mühiti də təbiət kimi rəngarəng olmalıdır. Canlı rənglər otaq üçün seçilmiş əşyalarda sıx və müxtəlif şəkildə  əhatə olunmalıdır.
  • Bitkilər və ev heyvanları: İnsan sevdiyi bitki və heyvanları evində saxlamalıdır. Bitkilər seçərkən daha çox ətirli və rəngli çiçəkləri  olan bitkilər üstünlük təşkil etməlidir. Bundan əlavə, heyvan ən çox sevdiyiniz bir ev heyvanı olmalıdır.
  • Sallanan obyektlər: Təbiətdəki quşlar kimi, evin tavanında bəzi əşyalar olmalıdır. Bunlar bəzək əşyaları ola bilər. Bu bəzək əşyalarını sizi narahat etmədən müəyyən yerlərdən asmaq olar.
  • Heykəl: Heykəllər tamamilə Çin inancdır və tək qalmamağı simvolizə etdiyi düşünülür.
  • Elektron cihazlar: Evdəki elektron cihazlar Feng Shui-də rədd edilmir. Bunun əvəzinə onlar dəstəklənir.
  • Bambukdan hazırlanmış qılınclar: Bambuk çoxillik bitkidir və qılınc gücünü simvollaşdırır. Buradan da göründüyü kimi, bambuk qılınc sizə inam verəcək və uzun müddətli qoruyucu instinkt aşılayacaq.
  • Artıq əşyalar: Müsbət enerjiyə yer açmaq üçün artıq əşyaları evdən uzaqlaşdırmaq lazımdır.

Yataq otağında Feng Shui

Həyatımızın üçdə bir hissəsini yuxuda keçiririk, buna görə də yataq otağı Feng Shui-nin ən vacib sahələrindən biridir. Otağın dekorasiyasına diqqət yetirilməli, çarpayı qapının önünə qoyulmamalıdır. Yuxu prosesinə mənfi təsir göstərdiyi üçün güzgü və güclü işıqlandırmadan istifadə olunmamalıdır.

Mətbəxdə Feng Shui

Yataq otağından fərqli olaraq, mətbəx gün ərzində ən çox vaxt keçirdiyiniz mühitdir. Buna görə də mətbəxdə müsbət enerji verən sarı və ağ rənglərdən istifadə olunmalıdır.

Qonaq otağında Feng Shui

Qonaq otağı evin mərkəz hissəsini təşkil edir. Chi enerjisinin olması üçün giriş qapısı ilə pəncərələr üzbəüz olmamalıdır. Otaqda artıq əşyalar olmamalı, mebellər otağın ölçüsünə uyğun olmalıdır. Qonaq otağı üçün ən yaxşı işıqlandırma günəş işığıdır, lakin əlavə olaraq işıqlandırma vasitələrindən istifadə edə bilərsiniz. Otaqdakı mənfi enerjinin təmizlənməsi üçün təbii bitkilərdən istifadə edə bilərsiniz.