Son zamanlar bütün ölkənin, hətta dünyanın ortaq gündəmi koronavirusdur. Koronavirusa qarşı insanlar müxtəlif tədbirlər görməklə özlərini və yaxınlarını qorumağa çalışırlar. Bu tədbirlərdən ən əhəmiyyətlisi əlbəttə ki, "evdə qalmaqdır". Daha az insanla təmasda olmaq və izdihamlı mühitlərdən qaçınmaq, həm öz sağlamlığımız, həm də cəmiyyətin sağlamlığı üçün daha yaxşıdır.
“Evdə qalıram, amma çox sıxılıram. Nə edəcəyimi bilmirəm? ” dediyinizi təxmin edirik. Narahat olmayın, evdə etmək üçün çox yaxşı şeylər tapa bilər və pis düşüncələri özümüzdən uzaqlaşdıra bilərik.
Bütün günümüzü necə daha yaxşı qiymətləndirə bilərik? Gəlin, evdə görüləcək işlər nədir, birlikdə araşdıraq!
Uzun müddətdir maraqlanmadığınız hobbinizə yönəlin
Hər kəsin bir müddət öyrənməyə çalışdığı, sonra bir küncə qoyduğu musiqi aləti və ya rəsm lövhəsi vardır. İndi onları yerlərindən çıxarmaq vaxtıdır. Son vaxtlara qədər “Mənim vaxtım yoxdur, necə maraqlanım?” dedikləriniz üçün kifayət qədər vaxtınız ola bilər. Üstəlik, musiqi və rəsm kimi səylər insanı ruhən bəsləyir və gündəlik qayğılardan uzaqlaşdırır.
O halda uzun müddətdir toxunmadığınız gitaranın akortlarını düzəltmək və ya palitranı rəngli boyalarla doldurmaq necə olar?
Axşamınızı sənətlə gözəlləşdirin
Musiqi, şeir və digər bədii fəaliyyətlər evdə ediləcək ən əyləncəli fəaliyyətlərdəndir. Bütün günü evdə kitab şkafınızı, paltar dolablarını düzəltdikdən və müxtəlif ev işlərinə vaxt ayırdıqdan sonra axşam ruhən istirahət edə biləcəyiniz fəaliyyətlərə vaxt ayıra bilərsiniz.
Virtual muzey turları ilə gəzintiyə çıxın
Evdə vaxt keçirməyin özümüzə vaxt ayırmaq, yarıda buraxdığımız bir kitabı oxumağa davam etmək və ya təxirə saldığımız ev işlərinə başlamaq kimi müsbət təsirləri olsa da, bir anda sosial həyatdan uzaqlaşmaq çətindir. Bu səbəbdən bəzən çölə çıxmaq istəməyimiz çox normaldır. Kiçik səfərlər üçün darıxdığımız bu dövrdə, özümüzü çöldə hiss etməyimizin bir yolu var.
Koronavirus pandemiyası səbəbilə Azərbaycanda və dünyada bir çox tədbirlər görüldü. Xüsusilə insanların qrup şəklində ziyarət etdiyi yerlər bir müddətliyinə bağlandı. Bu məqsədlə, muzeylər profilaktik məqsədlər üçün bağlansa da, virtual muzey turları ilə evinizdə bir mədəniyyət turu keçirə və əvvəllər getmədiyiniz muzeylər kəşf edə bilərsiniz! İndi gəlin dünyada məşhur olan hansı muzeylərdə virtual səyahət edə biləcəyimizə baxaq.
Online kurslara qatılın
Bu gün insanların maraqlarına əsaslanan bir çox onlayn kurslar mövcuddur. Rəsm, animasiya, əl işləri, rəqəmsal xidmətlər və s. Evdə olduğunuz müddətdə bu onlayn kurslara yazıla, mütəxəssislərdən təlim ala və bacarıqlarınızı artıra bilərsiniz. Vaxtınızı belə səmərəli şəkildə qiymətləndirdiyiniz zaman özünüzə yeni şeylər əlavə edə və pessimist düşüncələri ağlınızdan uzaq tuta bilərsiniz.