Melissa Group-un ən böyük layihəsi olan Melissa Park Yaşayış kompleksi ilk binasını çıxarış və texniki pasport ilə birlikdə sakinlərə tam təmirli şəkildə təhvil verib. Bu münasibətlə bu gün “Hilton” oteldə tədbir olub. Tədbirdə bildirilib ki, 16-20 mərtəbəli 22 yaşayış binasından ibarət Melissa Park yaşayış kompleksi, 2016 iyul ayından etibarən ilk binasının mənzillərini tam təmirli şəkildə sahiblərinə təhvil verib.
Kompleksin ilk binasını təhvil verən Melissa Group tikinti şirkəti, Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçməmişdən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin edib. ASP MTK, General MTK, Melissa Park, Melissa Residence, Zirvə kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən “Melissa Group” tikinti şirkəti 2000-ci ildən etibarən fəaliyyət göstərir. Evi geri qaytarmaq istəyənlər pullarını tam alacaqlar “Melissa Group”dan ev almağın digər üstünlüyü odur ki, burada evin pulunu ödəyə bilməyənlərin pulu batmır.
X.Məmmədov bildirib ki, yaranan maddi çətinlik üzündən ipoteka kreditini ödəyə bilməyərək evi geri qaytarmaq istəyən müştərilərə də şərait yaradılıb. Belə ki, geri qaytarılan mənzil 2 ay ərzində satılır. Bundan sonra müştərinin ödədiyi məbləğ tam olaraq geri qaytarılır. Bu evlərdə kommunal xərclərə qənaət etmək olacaq “Melissa Group”un yaşayış kompleksində keyfiyyətə xüsusi önəm verilir. Belə ki, tikintidə istifadə edilən betonun tikinti sahəsinə vaxtında çatdırılması və onun kefiyyətinə nəzarət etmək üçün yaşayış kompleksinin ərazisində gücü 50 m3/saat olan beton qovşağı yaradılıb.
İstifadə edilən tikinti materiallarının kefiyyətini yoxlamaq üçün nümunələr laboratoriyalarda daim yoxlanılır. Bundan əlavə mənzillərin fasadında xüsusi örtük materiallarından istifadə edilir ki, bu da mənzil sahiblərinin komunal xərclərə qənaət etməsində yardımçı olacaq. Belə ki, bu materiallar mənzilin yayda sərin, qışda isə isti olmasını təmin edir. Burada istifadə edilən tikinti materialları isə Avropanın qabaqcıl ölkələrindən gətirilir.
Bundan əlavə, binaların zirzəmi qatlarında 2-3 mərtəbədən ibarət avtomobil dayanacaqlarının tikilməsi nəzərdə tutulub. X.Məmmədovun sözlərinə görə, ümumilikdə isə 5.4 hektar ərazidə yerləşən yaşayış kompleksi 4 min ailə üçün nəzərdə tutulub. Yaşayış kompleksi 6-7 il ərzində istifadə veriləcək.