Ayda 450 manata öz mənzilində Sakin Ol!

https://melissagroup.az/storage/app/media/ayda-450-manata-oz-menzilinde-sakin-ol20220117154418.png

Daha çox iş yeri, yüksək maaş, ictimai nəqliyyat və bir çox digər nüanslar iri şəhərlərdə yaşamanın faydalı olduğunu göstərir. Bu imkanlardan yararlanmaq üçün vətəndaşlarımız Bakıya üz tutur.

Lakin, əldə böyük bir büdcə olmadığından, insanlar kirayə mənzil sahibi olmağı üstün tutur. Bu isə, heç də o qədər sərfəli və etibarlı bir addım olmur. Bunun səbəbi odur ki, başqasının evində həddən artıq diqqətli olmaq lazım gəlir. Dizaynın növünü və digər istədiyiniz dəyişiklikləri evdə rahat şəkildə edə bilməmək və evdən qovulma riski isə digər səbəblərdir.

Bütün bunları nəzərə alaraq, Melissa Group yeni “Sakin Ol!” kampaniyasına start verir. İllərdir əlverişli şərtlərlə rahat mənzil sahibi olmağa imkan yaradan Melissa Group yeni kampaniyayla bu ənənəni qorumağa davam edir.

Kirayə mənzildə qalmaqdan və yeni mənzil axtarmaqdan yorulan vətəndaşlara Melissa Group sakin olmağı məsləhət görür. Qonaqlarınızı öz mənzilinizdə fəxrlə qarşılamaq üçün bundan sərfəlisi yoxdur.

Kampaniyadan yararlanan müştərilər yalnız ipoteka ilə deyil, eləcə də yeni başlamış sərfəli daxili kredit imkanından da faydalana biləcək. Kampaniya şərtləri isə çox sadədir. Belə ki, ilkin 11.500 manat, aylıq cəmi 450 manat ödəyin, 2 otaqlı studio mənzil sizin olsun. Bundan əlavə, xüsusi seçilmiş hazır, tikilməkdə olan, təmirli və təmirsiz 1, 2, 3 otaqlı 50-yə yaxın kampaniya mənzillərindən birinə sahib ola bilərsiniz.

Kampaniyaya daxil olan mənzillərin sayı məhduddur, amma siz yenə də sakin olun. Satış mərkəzinə yaxınlaşaraq mənzilinizi seçin və Melissa Parkda sakin olun!

Ətraflı məlumatı *3939-a zəng edib əldə edin.