Arzuladığınız mənzilə sahib olduqdan sonra qarşınızda duran digər məsələ, onun istədiyiniz şəkildə təmirini həyata keçirməkdir. Bu zaman təbii olaraq, ağlınızda suallar yaranır, bir çox xırda detal haqqında düşünməyə başlayır və çətinliklər gözünüzü qorxuda bilir.
Təmirsiz mənzil əldə etdiyiniz təqdirdə mənzilinizi iki qaydada təmir etdirə bilərsiniz: Fərdi usta tapıb, tikinti materiallarını özünüz almaqla və ya materialları da özləri təmin edən təmir briqadalarına və ya şirkətlərinə həvalə etməklə. Materialları özünüz təmin etməklə fərdi ustaya mənzil təmir etdirmək əksər hallarda vaxt, pul itkisinə və əsəblərin korlanmasına gətirib çıxardır. Təmirsiz mənzil alıb, özünüz təmir etdirərək pulunuza qənaət etdiyinizi düşünürsünüzsə, yanılırsınız. Şirkət məhsulları topdan satış qiymətlərinə birbaşa istehsalçıdan alır. Buna görə, tikinti materialları bazar qiymətindən çox aşağı qiymətə başa gəlir. Materialları özü təmin edən ustalarla işlədiyiniz halda isə, materialların oğurlanması hallarına rast gəlinir.
Dünya və Azərbaycanda son illər yayılmış təcrübə göstərir ki, ən yaxşı variant mənzili təmirli təhvil verən tanınmış şirkətlərdən almaqdır. Belə şirkətlər təmirin aparılmasında peşəkardırlar, daha keyfiyyətli materiallardan istifadə edirlər, mənzil sahibinə dizaynı seçmək və layihədə dəyişiklik etmək imkanı yaradırlar, binadakı bütün mənzillər eyni vaxtda təmir edilərək təhvil verildiyindən qonşuların bir-birləri ilə münasibətləri pozulmur və s. Üstəlik insanların təmirdən anlayışı bir o qədər də çox olmaya bilər, beləliklə ustalarla problem yaşayaraq, mənzilin təmiri 8-10 ay vaxt apara bilər. Bəzən şirkətin təklif etdiyi təmir seçimləri ilə müştəri zövqləri uyğunlaşmır. Lakin, müştərilər uzun və yorucu proses olan təmirə çox da zaman ayırmaq istəmirlər. Buna görə də müştərilər üçün ən doğru seçim ağ təmirli mənzil əldə etmək olacaqdır. Ağ təmirli mənzildə əsas işlər görülür, mənzil təmir dekorasiyasına hazır vəziyyətdə olur.
Melissa Group tikinti şirkəti olaraq müştərilərə 3 formada mənzil alışı təklif edirik: təmirsiz, ağ təmirli və tam təmirli
Təmirsiz mənzil dedikdə, mənzillər qara suvaq ilə üzlənir, pəncərələr və seyf qapı quraşdırılır.
Tam təmirli mənzil dedikdə, döşəmə, tavan, qapı, pəncərə, oboy, kombi istilik sistemi və hamam aksesuarları quraşdırılır, mənzil yaşayışa tam hazır olur.
Bəs ağ təmirli mənzil nədir? Ağ təmirli mənzil dedikdə, əsas işlər görülür və təmir dekorasiya işlərinə daxil olan (döşəmə, tavan, daxili qapılar, oboy, kombi istilik sistemi və hamam aksesuarları) hissəni isə müştəri öz zövqünə uyğun olaraq təmir edir. Melissa Park layihəsinin F2 blokunda mənzillərin ağ təmirli formada satışı həyata keçirilir.
Ağ təmirli mənzildə hansı işləri görəcəyimizi otaqlar üzrə bölərək təsvir edək:
Hol və otaqlarda:
- Hol və otaqlarda 8 sm qalınlığında hamarlayıcı qat vurulacaq,
-Tavana və beton hissələrə parakontakt vurulub üzlük çəkiləcək,
- Ağarma işləri aparılacaq (Şaxta da hörülüb, üzəri ağardılacaq),
- Elektrik şitləri quraşdırılıb, elektrik yuvaları və karopkalar qoyulacaq,
- Layihədə təyin olunmuş yerlərdə radiator çıxışları qoyulacaq,
- Pəncərə altlıqlarına mərmər vurulacaq.
Eyvanda:
- Eyvanda 8 sm qalınlığında hamarlayıcı qat vurulacaq,
- Tavana və beton hissələrə parakontakt vurulub, üzlük çəkiləcək,
- Ağarma işləri aparılacaq (Şaxta da hörülüb, üzəri ağardılacaq),
- Elektrik şitləri quraşdırılıb, elektrik yuvaları və karopkalar qoyulacaqə
Sanitar qovşaqda:
- İsitmə xətti və isti-soyuq su xətləri sanitar qovşaq girişinə qədər veriləcək,
- Elektrik şitləri quraşdırılıb, elektrik yuvaları və karopkalar qoyulacaq,
- Layihədə təyin olunmuş yerlərdə radiator çıxışları qoyulacaq,
- Qara suvaq vurulacaq.