Xəyalların təbəssümü

LAYİHƏNİN MƏQSƏDİ

Bu xeyriyyəçilik aktivliyində Melissa Group özünün vasitəçi funksiyasını xüsusi vurğulayaraq SOS uşaq kəndlərindəki uşaqların adından Melissa Group-dan mənzil alan müştərilərə təşəkkürünü bildirir.

Beləcə həm sakinlərimizə yeni mənzil bəxş etməklə, həm də qayğıya möhtac uşaqlara edəcəyimiz dəstəklə Melissa Group olaraq vizyonumuzun sevinc bəxş etmək hissəsini yüksək dəyərlərlə icra etmiş oluruq.

LAYİHƏ HAQQINDA MEDİADA

XƏYALLARIN TƏBƏSSÜMÜ - KSM LAYİHƏSİ

Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevrilən Melissa Group 2000-ci ildən fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

Şirkətin missiyası sağlam təməlli, müasir görünüşlü möhtəşəm binaların inşası, Vizyonu isə ən güvənilən tikinti şirkəti ünvanını qoruyub saxlayaraq yüz minlərlə ailəyə sevinc bəxş etməkdir.

Bu ünvanın formalaşması və qorunub saxlanması üçün Melissa Group daim şirkət dəyərlərində güvəni formalaşdıracaq ən önəmli məqamları diqqət mərkəzində saxlayır. Belə ki, mənzillərin vaxtında təhvil verilməsi, tikintinin yüksək standarlarla və keyfiyyətlə icrası, mənzillərə təhvil verilən vaxtda çıxarış verilməsi və qazla təchiz edilməsi, yüksək təhlükəsizlik tədbirləri və s. bu kimi üstünlükləri sayəsində təsadüfi deyil ki, Melissa Group hər il alıcıların ən çox güvəndiyi tikinti şirkəti adını qoruyub saxlayır.

Vizyonundakı yüz minlərlə ailəyə sevinc bəxş etmək anlayışını eyni zamanda həyata keçirdiyimiz Korporativ sosial məsuliyyət (KSM) layihələri ilə də təmin etməyə çalışırıq.

Melissa Group tikinti şirkəti 2017-ci ildə EXPO Center-də keçirilən beynəlxalq əmlak sərgisində iştirakı zamanı heç bir kommersiya məqsədi güdmədən ona ayırılan stendi bütünlüklə yaşıllıqların qorunmasına diqqəti cəlb edən xüsusi dekor və mesajlarla hazırlamışdır. Sərgi iştirakçılarının hər birinə “Sağlam gələcəyin təməli ağaclarla bütünləşən yaşıl təbiətdən asılıdır” sloqanı ilə tərtib edilmiş maarifləndirici və yaşıllığın qorunması ilə əlaqədar təşviqedici bukletlər təqdim edilmişdir.

Bu istiqamətdə öz sosial aktivliyini davam etdirən Melissa Group 2018-ci ildə də “Yaşıllığı Sevirəm” adlı sosial layihəni həyata keçirmişdir. Layihənin əsasını içərisində şam ağacı toxumu olan “Eko Qələmlər” təşkil edir. Tikintisini icra etdiyi “Melissa Park” yaşayış kompleksinin sakinlərinə və ağac əkmək istəyən könüllülərə təqdim edilən qələmlərin tərkibindəki hər bir toxum, təbiətə can verəcək bir ağacın təməli oldu.

Melissa Group-un növbəti Korporativ Sosial Məsuliyyət layihəsi isə SOS uşaq kəndləri ictimai birliyi ilədir. Valideyn himayəsindən məhrum olan uşaqların yaşadığı bu məkanda, Melissa Group öz alıcılarının dəstəyi ilə daha isti bir mühitin yaranmasına kömək oldu.

Bu xeyriyyəçilik aktivliyində Melissa Group özünün vasitəçi funksiyasını xüsusi vurğulayaraq SOS uşaq kəndlərindəki uşaqların adından Melissa Group-dan mənzil alan müştərilərə təşəkkürünü bildirir.

Beləcə həm sakinlərimizə yeni mənzil bəxş etməklə, həm də qayğıya möhtac uşaqlara edəcəyimiz dəstəklə Melissa Group olaraq vizyonumuzun sevinc bəxş etmək hissəsini yüksək dəyərlərlə icra etmiş oluruq.

Sizin töhvələriniz ehtiyacı olan uşaqların rifahını yaxşılığa doğru dəyişdirir!

Təşəkküredirik!

LAYİHƏNİN HESABAT VİDEOSU