Valideynlər üçün distant təhsil təlimatı

Distant təhsil
Photo by Julia M Cameron from Pexels

Yenidən əvvəlki həyatımıza qayıtmağa başladığımız bu dövrdə yeni prinsiplərə də keçid edirik.  Açıqlanan distant təhsil qərarlarına görə evdən hazırlaşmaq və uşaqlarınızın təhsilini bu dövrdə əskiksiz davam etdirmək üçün valideyn olaraq bəzi məsuliyyətlərə sinə gəlmək lazımdır. Bu bloqumuzda distant təhsil alan övladınız üçün nələri etmək və nələrdən yayınmaq lazım olduğu barədə yazacağıq.

Təhsil atmosferi yaratmaq üçün plan təyin edin

Uşaqların distant təhsil dönəmində dərslərə daha çox fokuslana bilməsi üçün gündəlik rutin təyin etmək məqsədəuyğundur. Bununla, gün içində təkrar etməli olduğu mövzular, tamamlayacaqları tapşırıqlar, yeni öyrənəcəkləri dərsə dair hazırlıqlar olduğu müddətdə şagirdlərin təhsil prosesinə öyrəşməsi daha rahat olacaqdır.  Sinifdə öyrənəcəkləri dərslərə evdə hazırlaşacaq olan uşaqlar üçün eyni məktəbdəki kimi bir proqram hazırlamaq lazımdır. Hətta səhər oyanacaqları bir saatı təyin etmək, uşaqları dərsə daha çox fokuslayacaqdır.

Valideynlər necə davranmalıdır?

Photo by Julia M Cameron from Pexels

Pedaqoqların dəstəyi ilə hazırlanan distant təhsil proqramında əsas tələb olunan nüans valideynlərin övladları ilə müəllim kimi davranmamalı olmasıdır. Yəni təyin olunan disiplin uşaqlara uyğun şəkildə olmalıdır.

Uşaqları dərslə həddən artıq yükləmək düzgün deyil. Dərs hazırlama saatlarını təyin edərkən övladınızın da bu prosesdə iştirak etməsini və onların da fikrini soruşmağınızı məsləhət görürük.

Plan yaradarkən realist davranın

Dərs proqramı və çalışma saatlarını təyin edərkən həddən artıq yüklənməyə yox, müntəzəm olmağa fikir verilməlidir. Bu zaman təhsil prosesinə dəstək verəcək bir plan qurarkən real saatlar təyin etməyə cəhd edin. Əks təqdirdə övladınız sıxıla və motivasiyasını itirə bilər.

Evdə təhsil üçün düzgün mühit yaradın

Əvvəllər şagirdlər yeni dərsləri sinif atmosferində öyrənir, tapşırıqları isə evə yazırdılar. Sinif atmosferini evdə yaratmaq heç də həmişə mümkün olmur. Ancaq, bəzi dekorasiya dəyişiklikləri etmək müəyyən dərəcədə kömək olacaqdır. Məsələn, dərs çalışdığı masanı uşağınız üçün istifadəsi rahat vəziyyətə gətirə bilərsiniz. Çünki, övladınız bu masada çox vaxt keçirməli olacaq.

Photo by Julia M Cameron from Pexels