Yalnız yuxarıdakı “Melissa Group CV forması”na doldurulmuş CV-lərə baxılacaqdır .
Vəzifə öhdəlikləri:
- Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
- Satınalma və təchizatla bağlı xşirkətlərlə rəsmi danışıqların aparılması, partnyorların cəlb olunması;
- Potensial təchizatçıların və xidmət təminatçılarının məlumat bazasının yaradılması, təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi;
- Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisəni göstərən sənədin yaradılması və təchizatçıları texniki və maliyyə ballarına görə dərəcələrə bölünməsi;
- Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi;
- İllik satınalma planının hazırlanması;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması, müqavilələrin hazırlanması;
- Satınalma risklərinin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
- Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
- Yerli bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
- Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması;
- Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması.
- Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.
Vəzifə ilə bağlı tələblər:
- Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
- Azərbaycan dilində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
- Rus dili üstünlükdür
- Ali təhsil;
- Planlama, analiz və idarəetmə bacarığı;
- MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
Əlavə məlumat
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
CV-lərinizi [email protected] ünvanına "daxili təchizatçı" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Vəzifə öhdəlikləri:
- Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
- Satınalma və təchizatla bağlı xarici şirkətlərlə rəsmi danışıqların aparılması, iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması;
- Potensial təchizatçıların və xidmət təminatçılarının məlumat bazasının yaradılması, təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi;
- Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisəni göstərən sənədin yaradılması və təchizatçıları texniki və maliyyə ballarına görə dərəcələrə bölünməsi;
- Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi;
- Satınalma və təchizat strategiyasının hazırlanması, inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
- İllik satınalma planının hazırlanması;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Satınalma risklərinin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
- Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
- Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
- Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması;
- Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması.
- Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.
Vəzifə ilə bağlı tələblər:
- Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
- Ali təhsil;
- Planlama, analiz və idarəetmə bacarığı;
- MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
- Xarici ölkələrə ezamiyyələrə hazır olması;
Əlavə məlumat
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
CV-lərinizi [email protected] ünvanına "xarici təchizatçı" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir
- Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır
- Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir
- Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etməlidir
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirməlidir
- Səsküyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsini qrafik üzrə aparılmalıdır
- Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etməlidir
- Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etməlidir
- İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etməlidir
- İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir
- İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etməlidir
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə nəzarət etməlidir
- Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsini təşkil etməlidir.
Vəzifə ilə bağlı tələblər:
- Müvafiq vəzifədə 1-3 il iş stajjı
- Müvafiq ali texniki təhsil
- Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu
- Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi
- Planlama, analiz və idarəetmə bacarığı;
- MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
Əlavə məlumat
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.
CV-lərinizi [email protected] ünvanına "SƏTƏM" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Vəzifəyə dair tələblər:
- Dizayn sahəsindəki yenilikləri daim təqib etmək, üzərində işləmək, inkişaf etmək, yenilikləri işə tətbiq etmək;
- Şirkətin reklam və çap materiallarının dizaynının hazırlanması;
- Loqo, korporativ stilin yığılması;
- Marketinq aktivliklər üzrə tapşırıqların icra edilməsi;
- Günlük dizayn işləri ilə bağlı tələblərin icra edilməsi;
- Kreativ istiqamətdə təkliflərlə çıxış etmək.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Adobe Illustrator və Corel Draw proqramında mükəmməl işləmə bacarığı;
- Adobe Photoshop proqramında mükəmməl işləmə bacarığı;
- Adobe After Effects və Adobe Premiere ilə hərəkətli dizayn işləmə bacarığına üstünlük verilir;
- Yüksək kommunikasiya və kreativ düşünmə bacarıqları;
- Komandada birgə işləmə bacarığı.
Digər qeydlər:
- İş günləri : həftədə 5 gün.
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.
CV-nizi və portfolionuzu [email protected] ünvanına "qrafik dizayner" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar/ bölməsində müvafiq vakansiyaya müraciət etməniz xahiş olunur.
Vəzifəyə dair tələblər:
- Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə təyin edilən tapşırıqların icrası;
- Marketinq komandasının hədəflərinin yerinə yetirilməsi;
- Bazar mövqelənməsinin təyin olunması istiqamətində işlərin təşkil edilməsi;
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
- Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında iştirak etmək;
- Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təminatı
- Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılması istiqamətində işlər
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsi
- Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması istiqamətdə verilən tapşırıqların icrası
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi
Namizədə olan tələblər:
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
- Marketinq sahəsində azı 1 il iş təcrübəsi
- Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
- Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
- Tikinti sektorunda marketinq mütəxəssis vəzifəsi üzrə təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.
Digər qeydlər:
- İş günləri : həftədə 5 gün.
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.
- Kişi namizəd tələb olunur.
CV-lərinizi [email protected] ünvanına "marketinq mütəxəssis" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar/ böməsində müvafiq vakansiyaya müraciət etməniz xahiş olunur.