Studio tipli mənzilləri necə dizayn etmək olar?

Studio tipli mənzilləri necə dizayn etmək olar?

Əhali sayının artması və ailələrin tədricən kiçilməsi minimum yaşayış sahəsinə ehtiyac yaratdı. Memar və dizaynerlər bu kiçik sahələri ehtiyaca uyğun planlamasını edərək, fərqli həll yolları hazırlayırlar. Əgər kiçik və faydalı bir yaşayış sahəsi almaq istəyirsinizsə, lakin onu necə dizayn etməli olduğunuzu bilmirsinizsə bizim bu bloqumuzda ən yaxşı həlləri tapa bilərsiniz. Studio tipli mənzilləri dizayn etməyiniz üçün sizə bir neçə məsləhət verəcəyik:

Eyni otaqda müxtəlif istifadə sahələri yaradacaqsınızsa, əşyaların yerləşdirilməsinə diqqət yetirin.

Studio tipli mənzillərdə ən çox rast gəlinən problemlərdən biri eyni otağa yerləşdirilən istifadə sahələrinin bir-birindən ayrılmamasıdır. Bu vəziyyət otaqları daha səliqəsiz və kiçik göstərir. Fərqli döşəmə, fərqli işıqlandırma və fərqli aksesuarlardan istifadə edərək bu sahələri bir-birindən ayırmaq olar.

Fərqli istifadə sahələrini fərqli işıqlandırma vasitələriylə ayıra bilərsiniz.

Studio tipli mənzillərdə iki fərqli sahəni ayırmaq üçün fərqli işıqlandırmalardan istifadə edə bilərsiniz. Bu dizayn sizə çox faydalı olacaqdır.

Fərqli istifadə sahələrini pərdələrlə ayıra bilərsiniz.

Həm qonaq otağı, həm yataq otağı, həm də mətbəxi özündə birləşdirən bu mühit daha səliqəli görünəcəkdir. Otağın daha işıqlı olması üçün ağ rəng və günəş işığından istifadə edin.

Qarderoblarda qeyri-adi həll yolları.

Qarderoblar ev üçün çox vacibdir. Çarpayı və rəflərdən ibarət olan qarderoblar studio tipli mənzillərdə ideal seçimdir.

Minimal dizayn

Studio tipli mənzillərdə kifayət qədər yer tapa bilməməyin səbəbi səhv mebel və aksesuar seçimidir. Studio tipli mənzillərdə daha minimal dizaynlara üstünlük vermək lazımdır. Az və faydalı əşyalarla olan dizayn daha səliqəli bir görünüş yaradacaqdır.

Fərqli yüksəklikləri istifadə edərək hazırlanan dizaynlar otaqda fərqli istifadə sahələri yaratmağıvıza köməklik göstərəcək.

Yığılıb-açılan mebel
İstədiyiniz vaxt açıb istifadə edəcəyiniz, istədiyiniz vaxt gizlədə biləcəyiniz mebellər studio tipli mənzillər üçün ideal seçimdir.