Sağlam mühit üçün dəyişməli olan əşyalar

https://melissagroup.az/storage/app/media/Sa%C4%9Flam%20m%C3%BChit%20%C3%BC%C3%A7%C3%BCn%20d%C9%99yi%C5%9Fm%C9%99li%20olan%20%C9%99%C5%9Fyalar_20220117165559.png

Təmiz bir evin verdiyi fərahlıq bizə xoş təəssürat bağışlayır. Hamımızın gigiyenaya həddən artıq diqqət verdiyi bu günlərdə təmizlik sonrası hiss etdiyin atmosferin davamlılığını təmin etmək üçün lazım olan şey bəzi əşyalara digərlərinə nisbətən daha çox diqqət göstərilməsidir.

Bəs, evdə tez-tez təmizlənməli və ya dəyişdirilməli olan məhsullar nələrdir?

Diş fırçası

Şəxsi gigiyena məhsulları arasında olan diş fırçasının təmizlənməsi çox vacibdir. Ağız boşluğuna qulluq üçün istifadə etdiyiniz fırça su və diş pastası ilə daim təmasda olduğu üçün istifadə etdiyiniz zaman deformasiyaya uğrayacaq. Başqa sözlə, diş fırçasının təmizliyinə nə qədər diqqət yetirsəniz də, fırçanın tüklərinin dağılması və yumşalması səbəbindən dişlərə tamamilə qulluq etmək üçün səmərəli istifadə edə bilməyəcəksiniz. Görünüşündə dağınıq bir forma olmasa da, fırçanı ən azı dörd ayda bir dəfə dəyişdirməlisiniz, çünki şəxsi gigiyenanız üçün çox istifadə edirsiniz.

Hamam xalçası

İstifadəsi əsasən nəm və rütubətli bir mühitdə olan bu tip xalçaları hamamın döşəməsini islanmaqdan qorumaq üçün istifadə edilir. Missiyası hamama axıdılan bütün suyu toplamaq olan hamam xalçaları istifadə müddəti boyu nəmli bir mühitdə olduğu üçün istər parça, istərsə də plastik əsaslı olsa belə küflənə bilər. Paltaryuyan maşında və ya öz təmizləyici üsullarınızla təmizlənsə də hamam xalçaları ən azı ildə bir dəfə dəyişdirilməlidir.

Çarpayı dəsti

Tər-təmiz yatağında dinc bir gecənin yuxusu kimi rahatlaşmağa kömək edən başqa bir şey yoxdur. Yeni yuyulan çarpayının təmiz qoxusu da sizi rahatlaşdıra bilər. Yataq çarpayılarını ayda iki dəfə yüksək temperaturda təmizləmək məsləhətdir. Buna rəğmən, paltaryuyan maşınlarınızda yüksək temperaturda yuyulsalar da bəzi gözə görünməyən canlılar səthdən təmizlənmir. Bu səbəblə, ildə bir dəfə çarpayınızı yeniləyə bilərsiniz.

Yastıq üzləri

Yatarkən üzünü söykədiyiniz yastıqlara gecə boyu ölü dəri və saçlarınız tökülür. Buna görə də, üzünüzü toxundurduğunuz yastıq örtüklərinin təmizlənməsinə xüsusi diqqət yetirməlisiniz. Bu örtükləri həftədə bir dəfə yüksək temperaturla yumaq məsləhətlidir. Ancaq təmizlənməsi çətin olan bəzi gözəgörünməz bakteriyalardan qurtulmaq üçün yeni örtük dəstləri də ala bilərsiniz.

Qab süngərləri

Mətbəxinizdə yediyiniz yeməklərə birbaşa toxunan qab süngərinin təmizlənməsi vacib bir məqamdır. Qab yuyan dərmanlar ilə daim təmasda olmasına baxmayaraq, yağlı və çətin ləkələnmiş qablardan təmizlədiklərini üzərində yığılır. Rəng və forma üzərindəki dəyişiklikləri asanlıqla görə bilərsiniz. Çirkli süngərdən istifadə etməmək üçün iki və ya üç həftədən bir köhnə süngəri dəyişdirə bilərsiniz.

Haman dəsmalı və xalatı

Duşdan sonra qurulanmaq üçün istifadə etdiyiniz hamam dəsmalını və xalatı təmizlənmiş bədəninizdə istifadə eləsəniz belə bunların təmizliyinə xüsusi ilə riayət etmək lazımdır. Siz fərqinə varmasanız belə nəmli yerdə çox qaldığı üçün üzərinə küf yığıla bilər. Bunun üçün də, tez-tez qaynar su ilə yumaq və vaxtı gəldiyində yeni dəsmal və ya xalat almaq məsləhətlidir.

Yataq matrası

Çarpayıdan nə qədər istifadə etsəniz belə matrasın təmizliyinə diqqət göstərməlisiniz. Yataq matrası nəfəs almalıdır. Ona görə də, matrası vaxtı gəldiyində dəyişə və ya tərs üzünə çevirərək nəfəs almağına imkan ver bilərsiniz.