Müntəzəm yuxu üçün nələr etməli

Photo by Andrea Piacquadio from Pexels

Evdə uzun müddət keçirdiyimiz bu dövrdə yeni bir həyat tərzinə keçdik. Buna görə də vərdişlərimiz və ehtiyaclarımız yenidən formalaşmağa başladı. Yuxu vərdişinizi buna misal gətirə bilərik, çünki iş və təhsil kimi bir çox missiyaları evdə yerinə yetirirsiniz. Normadan artıq və ya az yatmaq, gecələri oyaq qalıb gündüzləri yatmaq kimi vərdişlər sizin immunitet sisteminizin zəifləməsinə və psixoloji olaraq yorulmanıza səbəb ola bilər. Nəticə etibarı ilə sizə yeni bir yuxu rejimi təyin etmək lazımdır. Yuxu rejimini qaydaya salaraq, gününüzü daha səmərəli keçirməyiniz üçün təkliflərimiz var.

Image by Stephanie Pratt from Pixabay

Yuxu rejimini pozan səbəblər

Gündəlik həyat şərtlərinə uyğun bir yuxu rejiminə sahib olmağınız lazımdır. İşə, təhsilə və özünüzə həsr etdiyiniz fəaliyyətlər barədə düşünəndə, hamısına çatacaq qədər enerjiyə sahib olmaq üçün müəyyən vaxtlarda yatmaq ehtiyacını hiss edirsiniz. Vücudunuz da bu müddətdən asılı olaraq yuxu rejimini inkişaf etdirir. Ancaq uzun səyahətlər, yeni iş rejiminin qurulması, yeni evə köçmək kimi dəyişikliklər yuxu rejiminə təsir göstərə bilər.

Nə qədər yuxuya ehtiyacın var?

İmmunitet sistemi üçün vacib amil olan yuxu rejimini yaradarkən əvvəlcə bir gündə lazım olan yuxu vaxtını təyin etməlisiniz. Sağlamlığımız üçün gənc yetkinlər 6 saatdan çox, 11 saatdan az, böyüklər 5 saatdan çox və 9 saatdan az olmaqla yatmaq lazımdır. Ancaq yuxuya olan ehtiyac hissi insandan insana da dəyişir.

Proqram hazırlayın və səbirli olun

Bədəninizə lazım olan yuxu saatlarını hesabladıqdan sonra günün bitməsi və yeni günün başlanması üçün vaxt təyin etməlisiniz. Bu vaxtı təyin edərkən yuxuya getməyin vaxtını və yuxudan oyandıqdan sonra günə başlaya bilmək vaxtını hesablamağı unutmamalısınız. Plana uyğun olaraq yatmağa və oyanmağa çalışdıqda özünüzə qarşı səbirli olmalısınız. Çünki, bədəniniz bu dövrə asanlıqla öyrəşməyə bilər. Ancaq hədəf aldığınız yuxu rejiminə keçmək üçün özünüzə vaxt tanıyın.

Image by evondue from Pixabay

İdeal yuxu şərtləri nələrdir?

Əgər yuxuya getmək barəsində çətinlik çəkirsinizsə ideal bir mühit yaratmağa çalışın. Bu insanın səmərəli şəkildə və tez yuxuya getməsi üçün ən vacib amildir. Buna görə sərin və ya soyuq, sakit və qaranlıq mühit insanın rahat yuxuya getməsinə kömək edə bilər.

Ekranlardan uzaq durun

Asanlıqla yatmaq və yuxudan duranda tez ayılmaq üçün yalnız yatmaq məqsədinə sahib olmalısan. Yuxu saatına daxil olduqda fikrinizi yayındıra biləcək bütün ekranlardan uzaq durmalısınız. Yatmazdan bir müddət əvvəl telefon və kompüter kimi mavi işıq saçan elektronik məhsullardan kənarlaşmağınız məsləhətdir. Çünki, belə işıqlar sizin yuxuya getməyinizə mane ola bilər. Çıxış yolu olaraq özünüzə zəngli saat satın ala və əslində telefona ehtiyacınız olmadığına özünüzü inandıra bilərsiniz.

Yatmazdan əvvəl yeməkdən uzaq durun

Photo by Kenneth Carpina from Pexels

Gecələr yatmaq lazım olan vaxtdan ən azı bir saat əvvəl heç bir şey yeməyin. Çünki, bədənin həzm prosesinə girdiyi zaman yatmaq daha çətin olacaq. Bu səbəblə yatmaq vaxtı gələndə su və süddən başqa bir şey içməməli və mümkünsə heç vaxt bərk qidaları istehlak etməməlisiniz. Vücudunuzdakı sistemlər sakit və yuxuya hazır olduqda, yalnız yatmağa diqqət etməlisiniz.

Bədəninizi Yoga və Meditasiya ilə rahatladın

Yorğun və ya sakit bir bədən hər zamankından daha çox yuxuya hazırdır. Bu səbəblə daha asan yuxuya getmək üçün özünüzə uyğun müəyyən bir yoga və ya meditasiya proqramı hazırlaya bilərsiniz. Xüsusilə, vücudunuzdakı əzələləri rahatlaşdıra bilən hərəkətlərə fokuslanın. Bu sayədə yoga və meditasiya edərkən özünüzü daha rahat bir yuxuya hazırlamış olacaqsınız.