Gəlirli yatırım üçün qızıl qayda: Sakin Ol!

Bəzən böyük fürsətlər göz önündə olsa belə, onlardan faydalanmaqda çətinlik çəkirik. Hətta, hərdən heç onları görmürük. Rəqəmsallaşan dünyada kriptovalyuta trendi də bu imkanlardan biridir.

Bu ilin ilk aylarından populyarlıq qazanan kriptovalyuta bazarı, demək olar ki, gündəlik həyatımızda müzakirə və mübahisə mövzusuna çevrilib. Günbəgün dəyər qazanan və ya dəyər itirən bu pullar bir çoxumuzda narahatlıq, peşmançılıq və gələcək qorxusu yaradır. “Axı niyə vaxtında investisiya etmədim?!” və ya “niyə bu riskə girib investisiya etdim?!” kimi suallardan birini hər gün özümüzdən soruşuruq.

Bu stress yaradan suallara cavab əslində çox sadədir: “Gələcək qeyri-müəyyəndir!” İnvestisiya etmədiniz, çünki pulunuz dəyər itirə bilər. Və ya investisiya etdiniz, çünki pulunuz dəyər qazana bilər.

Ümumiyyətlə, investisiya dünyasında qızıl bir qayda var: Daha çox risk, daha çox qazanc. Bəs istisnalar varmı? Sıfır riskli investisiya ilə böyük sabit gəlir qazanmaq olarmı? Əlbəttə olar. İlk öncə sakin olun! Bəli, söhbət yeni mənzil alıb sakin olmaqdan gedir.

Daşınmaz əmlak sahibi olmaq aylıq sabit gəlir (kirayə verməklə) deməkdir, hər il dəyər qazanan mənzil (ərazi) deməkdir, ən əsası da inflyasiyadan yan keçmək deməkdir (nəzərə alsaq ki, kriptopullar üzən valyutadır).

Təbii ki, daha rahat şərtlərlə mənzil sahibi olmaq üçün yaxşı araşdırma etmək lazımdır. Ən əlverişli imkanlardan birini Melissa Group yeni “Sakin Ol!” kampaniyası ilə təqdim edir. İllərdir əlverişli şərtlərlə rahat mənzil sahibi olmağa imkan yaradan və mənzilləri günbəgün dəyər qazanan Melissa Group yeni kampaniyayla bu ənənəni qorumağa davam edir.

Kriptopullara böyük məbləğdə investisiya edən və bunun gələcək risklərindən qorxan vətəndaşlara Melissa Group sakin olmağı məsləhət görür. Az risklə böyük gəlirlər qazanmaq üçün bundan sərfəlisi yoxdur.

Kampaniyadan yararlanan müştərilər yalnız ipoteka ilə deyil, eləcə də yeni başlamış sərfəli daxili kredit imkanından da faydalana biləcək. Kampaniya şərtləri isə çox sadədir. Belə ki, ilkin 11.500 manat, aylıq cəmi 450 manat ödəyin, 2 otaqlı studio mənzil sizin olsun. Bundan əlavə, xüsusi seçilmiş hazır, tikilməkdə olan, təmirli və təmirsiz 1, 2, 3 otaqlı 50-yə yaxın kampaniya mənzillərindən birinə sahib ola bilərsiniz.

Kampaniyaya daxil olan mənzillərin sayı məhduddur, amma siz yenə də sakin olun. Satış mərkəzinə yaxınlaşaraq mənzilinizi seçin və Melissa Parkda sakin olun!

Ətraflı məlumatı *3939-a zəng edib əldə edin.