Melissada Novruz şənliyi

Baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixinə malik olan Novruz Bayramı şəhərimizin bir çox yerlərində təntənəli şəkildə keçirilib.

Melissa Group-un təşkilatçılığı ilə yaşayış kompleksinin sakinləri üçün 18 mart tarixində #MelissadaNovruz adlı musiqili əyləncəli şənlik proqramı təşkil olunub. Bu tədbirdə DJ, keçəl-kosa, NOVRUZ ənənələrini əks etdirən atributlar, bayram əhval-ruhiyyəsini daha da artırıb. İştirakçılara nənələrimiz tərəfindən bişirilən qutabların ləzzətini dadmaq imkanı yaradılıb. Bununla yanaşı, hədiyyəli yarışlar və sevincdolu rəqslər də bayram boyunca davam edib.

Bu xoş anları tədbirdə çəkilən şəkillər xatirəyə çevirib!

Novruz Bayramınız Mübarək!