Biz böyüklər güclüyük. Bütün çətinliklərin üstəsindən gələ bilərik. Lakin, dünənə qədər hər gün yaşıdları ilə parkda oynayan, baxçaya, məktəbə gedən, azad şəkildə istədiklərini edə bilən uşaqların karantin dövründə sarsılmaması və xəyal dünyalarının çərçivələnməməsi üçün əlimizdən gələni əsirgəməməliyik.
Çünki onlar bizim gələcəyimizdir. Yaşadığımız heç bir təhlükə alacağımız tədbirlərdən və ümidimizdən güclü deyil. Ümidini İtirmə!