Sağlam gələcəyimizin təməli ağaclarla bütünləşən yaşıl təbiətdən asılıdır.
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Elan Expo ve Atılım Fuarcılık birgə təşkilatçılığı ilə 28-30 Noyabr tarixlərində Bakı Expo Mərkəzində RecExpo, Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi həyata keçirildi.
Melissa Park, Melissa Residence və Melissa Azadlıq layihələrinin tikintisini həyata keçirən, Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri olan Melissa Group-un da iştirak etdiyi sərgidə AZƏRBAYCAN, TÜRKİYƏ, B.Ə.Ə, QATAR, RUSİYA, UKRAYNA, ALMANYA, İSPANYA, PORTUQALİYA, GÜRCÜSTAN, MACARISTAN, FRANSA və bir çox ölkədən lüks və nüfuzlu layihələr də sərgilənib.
Sərgi zamanı ən böyük marağa səbəb olan Melissa Group stendi olub. “Sağlam gələcəyimizin təməli ağaclarla bütünləşən yaşıl təbiətdən asılıdır” – sloqanı ilə yaşıllıqların qorunmasına dair sosial mesaj verən Melissa Group, eyni zamanda şirkətin korporativ dəyərlərinin təzahürünü yaşıllıqlarla əhatə olunmuş stendində nümayiş etdirib. Stendin konsepsiyası hətta ən kiçik məkanlarda belə yaşamı yaşıllıqlarla bütünləşdirməyin mümkünlüyünə vurğulanıb. Belə ki, stendin bir tərəfi mənzildin bir hissəsini, digər və ən önəmli hissəsi yaşıl parkı, son hissəsi isə məlumat mərkəzini özündə əks etdirir.
Qeyd edək ki, Melissa Group-un ən böyük layihəsi olan “Melisa Park” yaşayış kompleksinin 7 hektarlıq ərazisinin 70%-i yaşıllıq üçün nəzərdə tutulub. Digər premium layihə olan “Melissa Residence” yaşayış kompleksinin isə avtomobilsiz, yaşıl park ərazisi 1.5 hektar sahəni əhatə edir.