Melissa Park yaşayış kompeksinin 17 mərtəbəli D binasının sakinləri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kütləvi çıxarışla təmin olunublar.
Kampaniya çərçivəsində 170-ə yaxın sakin birbaşa yaşadıqları ünvanda əmlaklarına dair çıxarış əldə ediblər. Bu isə binadakı bütün mənzillərin sənədləşməsi deməkdir.
Vaxtlarına qənaət edən sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər.