Təmir prosesində santexnika və elektrik işləri edərkən nələrə diqqət etmək lazımdır?

https://melissagroup.az/storage/app/media/santexnika_20210909183033.jpg

Təmir prosesini sizlərə daha da asanlaşdırmaq üçün usta məsləhətlərimiz davam edir. Öncəki yazıda təmiri nədən başlamaq lazımdır? haqqında ilkin məluat verilmişdi. İndi isə “təmirin ikinci mərhələsi” – usta məsləhəti ilə silsiləvi yazını davam etdiririk.

Təmirin növbəti mərhələsində dizayna uyğun santexnika dayaqlarının qoyulması, elektrik xətlərinin çəkilməsi, astar və üzlük suvaqların vurulma işlərinə başlanması, o cümlədən döşəmənin hamar edilməsi, santexnika qovşağının kafel, metlax ilə üzlənməsi, tavanın rənglənməsi, divar kağızının vurulması, parketin laklanması, santexnika və elektrik avadanlıqlarının quraşdırılması işləri aparılır.

1-ci santexnika işlərinə başlanmalıdır – Mətbəx və sanitar qovşağında kanalizasiya və su dayaqları qoyulmalıdır. İstifadə edilən kanalizasiya borularının keyfiyyətinə, isti su borularının divarda gizlənməsinə fikir vermək lazımdır, çünkü borular üzdə olduqda, daha doğrusu isti su boruları kafelnən çox yaxın təmasda olduqda (yapışdırıcıya da fikir vermək lazımdır), qopa bilər. Kafel və metlax yapışdırıcısı isti və soyuqa davamlı olmalıdır.

Elektrik naqillərin çəkilməsində dizayna uyğun işlədicilərə diqqət etmək lazımdır. Naqilin en kəsiyi İşlədiləcək gücə uyğun seçilməlidir. Mənzil daxili elektrik xəttləri çox simli mis naqillərdən və yanmaya davamlı borulardan istifadə edilməlidir.

Mənzillərdə istifadə olunan avadanlıqlar (kondisioner, qaz plitəsi, soyuducu, paltar və qab yuyan avadanlıqlar) hamısı birbaşa avtomatdan qoşulmalıdır. Seçilən avtomatlar da işlədicinin gücünə uyğun olmalıdır. Məsələn, kondisioner üçün 16A –lik avtomat kifayət edir.

Elektrik şəbəkəsinin quraşdırılacağı yer dizayna uyğun seçilir. Hal-hazırda Avropa standartlarına görə elektrik şəbəkələr döşəmədən 40-45 sm yuxarı məsafədə yerləşdirilir, elektrik açarları isə – döşəmədən 90 sm yuxarı məsafədə quraşdırılır. İşlədicilər, qaz plitəsi, soyuducu, paltaryuyan maşın, kondisioner və sanitar qovşağında elektirik şəbəkəsi mütləq torpaqlama ilə təchiz edilməlidir.

Melissa Group layihəsində keramika materialları İspaniya materiallarıdır, elektrik naqilləri Türkiyə istehsalıdır. N kəsiyi normaya uyğun olmalıdır (məsələn, d 2.5mm olmalıdırsa dəqiq o ölçüdə olmalıdır, 2.2mm, 1.8mm olmamalıdır).