Biznesinizə uğurlu başlanğıc vermək və onu daha da inkişaf etdirmək üçün ən doğru məkanı seçmək vacibdir. Melissa Park məhz bu ehtiyacınıza uyğun olaraq şəhərin ən prestijli biznes ünvanı kimi qarşınıza çıxır.
Minimal sərmayə ilə maksimum imkanlar
Melissa Park-da ticarət obyektlərini icarəyə götürərək ilkin böyük kapital yatırımı etmədən biznesinizi başlaya bilərsiniz. Bu, yeni başlayan sahibkarlar üçün əvəzsiz bir fürsətdir, çünki daha çox maliyyə resursunu birbaşa biznesinizin inkişafına yönəldə biləcəksiniz.
Əlverişli yerləşmə ilə daha çox müştəriyə çıxış
Melissa Park, şəhərin əsas nöqtələrinə yaxın, metroya piyada cəmi 3 dəqiqəlik məsafədə yerləşir. Bu, müştəriləriniz üçün əlçatanlıq və rahatlıq deməkdir. Aktiv müştəri axını, şəhərin əsas insfrastruktur qovşaqlarına birbaşa çıxışı olan Melissa Park-da biznesinizin gəlirlərini artırmaq artıq gerçəkləşdirə biləcəyiniz bir imkandır.
Mükəmməl infrastruktura malik biznes məkanı
- Geniş yeraltı parkinq: 5 mərtəbəli yeraltı parkinq müştəriləriniz və işçiləriniz üçün maksimum rahatlıq təmin edir.
- Sabit müştəri axını: Kompleksdə 9 minə yaxın sakinin yaşaması, biznesinizin davamlı müştəri bazasına sahib olacağını göstərir.
- Yüksək icarə gəlirliliyi: Melissa Park-da obyektlərin yüksək gəlirlilik göstəricisi onu yalnız iş üçün deyil, həm də sərfəli bir investisiya fürsəti halına gətirir.
Biznes növləri üçün ideal seçim
Melissa Park, geniş biznes spektrini dəstəkləyən məkanlarla xidmətinizdədir:
- Ofis
- Tədris mərkəzi
- Kafe və restoran
- İdman zalı
- Klinika və aptek
- Quru təmizləmə
- Gözəllik salonu və daha çox!
Melissa Park – Uğurlu biznes üçün doğru qərar
Melissa Park biznesinizi böyütmək üçün mükəmməl şərait yaradır. Əlverişli icarə şərtləri, strateji yerləşmə və müasir infrastrukturu ilə işinizin gələcəyini daha parlaq etməyə hazırdır.