Evimizə Dönürük 2020

Evimizə Dönürük 2020
LAYİHƏNİN MƏQSƏDİ

Dövlətin müharibə dövründə apardığı strategiyaya şirkət olaraq dəstəyin göstərilməsi.

LAYİHƏ HAQQINDA MEDİADA

EVİMİZƏ DÖNÜRÜK - SOSİAL AKTİVLİK

Melissa Group şirkəti vətənpərvərlik ruhunun yüksəldilməsi və hər kəsin mənəvi borcunu yerinə yetirməsi üçün “Evimizə Dönürük” sosial aktivliyini reallaşdırmaqdadır. Aktivliyin daxilində şirkət əməkdaşları və sakinləri ilə birlikdə cəbhəyə yardım koordinasiyasında iştirak edir, səfərbərliyə cəlb olunan sakinlərin kommunal ödənişlərini silir, döyüşdə iştirak edən əməkdaşlarının ailələrinə maddi və mənəvi dəstəyini əsirgəmir.Orduya dəstək məqsədilə yaradılmış Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna Melissa Group tərəfindən 100.000 AZN məbləğində dəstək göstərilib.

Şirkət eyni zamanda müharibə şəraitində vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində strateji planlamasının tərkib hissəsi olan Evimizə Dönürük loqosunu təqdim etmişdir.

Loqoda illərdir işğal altında olan tarixi Azərbaycan torpaqları, Qarabağın xəritəsi və Qarabağın simvoluna çevrilmiş Qarabağ atı əks olunmuşdur. Atın üzərindəki sərkərdə bütün bu dönəmlərdə işğal altında olan torpaqların azad edilmə uğrunda savaşan qəhrəmanlarını simvolizə edir. Loqoda yerləşdirilən «Qarabağ Azərbaycandır» sitatı və «!» işarəsi isə Ali Baş Komandan İlham Əliyevin sözlərindən ilhamlanaraq özünü əks etdirmişdir.

Qeyd edək ki, Melissa Group şirkəti daha əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yüzlərlə ağacın əkilməsində vasitəçi olaraq “Yaşıllığı Sevirəm” sosial aktivliyini, SOS uşaq kəndlərində yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək aktivliyi olan “Xəyalların Təbəssümü” sosial aktivliyini və koronavirus pandemiyası dövründə “Ümidini İtirmə” sosial aktivliklərini də həyata keçirmişdir.

EVİMİZƏ DÖNÜRÜK VİDEO ÇARX

Birinci və ikinci qarabağ müharibəsində iştirak etmiş ŞƏHİD və QAZİLƏRİMİZƏ ithaf edilir.