Üst mərtəbədə yaşamağın üstünlükləri

https://melissagroup.az/storage/app/media/%C3%9Cst%20m%C9%99rt%C9%99b%C9%99d%C9%99%20ya%C5%9Fama%C4%9F%C4%B1n%20%C3%BCst%C3%BCnl%C3%BCkl%C9%99ri_20220124093954.png

Yüksək mərtəbəli binanın son mərtəbəsində yaşayan insanların “bədbəxt” stereotipləri sovet dövründən başlayıb. O zamanlar, yuxarı doğru hər mərtəbədə təzyiq gücünü azaldan su, sonuncu mərtəbəyə çatdıqda bir damla olaraq gəlib çatırdı. Buna görə də mənzil almağa gələn müştərilərin bir çoxu “Son mərtəbəni təklif etmə!” ifadəsini tez-tez səsləndirirdi.

Bu gün müasir su təchizat sistemi ilə belə problem artıq mövcud deyil, buna görə yeni binaların son mərtəbəsində mənzillərin alınmasına mane yoxdur.

Üst mərtəbədə yaşamanın üstünlüyü, mənzildən daim keçən insan axınlarının olmamasıdır. Daha əvvəl alt mərtəbələrdə yaşayan sakinlər, yeni mənzil alan zamanı yalnız sonuncu mərtəbələr seçirlər.

Üst mərtəbələrə üstünlük verən insanların bir qismi də səs-küylü uşaqlara yaxın olan qonşularla və ya alt mərtəbələrdə yaşayan gənclərin daimi toplaşmaları ilə yaranan qalmaqallardan yorulanlardı.

Üst mərtəbədə mənzil əldə etməyin bir üstünlüyü də təmiz havanı tənəffüs etmək imkanıdır. Bu əmlakın sahibləri, milçək və ağcaqanadlardan daha az narahatdırlar. Belə ki, gecə saatlarında açıq pəncərdə rahat yata bilərlər.

Yeni binanın hündürlüyü ilə, şəhərin inanılmaz gözəl mənzərəsi açılır. Mənzil sahibləri, döşəmədən tavana qədər pəncərə quraşdıraraq gözəl mənzərədən zövq alırlar.

Üst mərtəbədəki mənzillər daha təbii işıqlandırma imkanına malikdirlər ki, bu da sahiblərin elektrik enerjisi xərcini azaldır.