Təbiəti evinizə gətirəcək təkliflər

https://melissagroup.az/storage/app/media/T%C9%99bi%C9%99ti%20eviniz%C9%99%20g%C9%99tir%C9%99c%C9%99k%20t%C9%99klifl%C9%99r_20220124093537.png

Yorucu bir dünyada yaşayırıq. Çölə çıxmaq və təbiətdən həzz almaq üçün çox vaxtımız olduğunu deyə bilmərik. Tədqiqatlar isə təbiətin sağlamlıq üçün vacib olduğunu göstərir. Təbiətdə kifayət qədər vaxt keçirə bilmirsinizsə, təbiət küləyini evinizə gətirmək necə olar?

Təbiətdəki materialları yaşayış sahəsinə birləşdirməklə evinizdə geniş və xoşbəxt bir mühit yarada bilərsiniz.

Təbiəti evə gətirməyin yolları:

Taxta əşyaların təbiiliyini hiss edin

Ağacdan düzəlmə əşyalar təsirli və xoş dizayn növüdür. Evinizdə təbii bir görünüşə sahib olan taxta mebel, isti və xoş bir mühit yaranmasına kömək ola bilər.

Eyni şəkildə hörmə və bambuk kimi taxta stullar da eyni effekti verəcəkdir. Taxta fincan altlıqlarıda sizə özünüzü yaxşı hiss etdirəcəkdir.

Bitkilərlə təbii bir mühit yaradın.

Evdə saxsı qabda güllər və ya fərqli bitkilər yetişdirə bilərsiniz. Güllər gözəl ətirlərilə mühitə təmiz bir hava qatarkən, nanə-cəfəri kimi bitkilər həm ətri həm də dadıyla təbii bir mühitdə hiss etdirəcək.

Çiçək və ya bitki işinə başlamazdan əvvəl harada və necə yetişdirilməsi lazım olduğunu araşdırın. Çünki bəzi çiçəklər suyu bəziləri isə günəşi sevir. Əgər çiçək və ya bitki üçün ayıracaq vaxtınız yoxdursa, son illərdə trend olan və qulluq tələb etdiyi üçün üstünük verilən su bitkilərinə və ya terrariumlara da baxa bilərsiniz.

Dəniz qabığı, qaya daşı, bağdakı qıvrılmış bir ağac budağı və ya yerə düşmüş qozalarla evdə fərqli bir mühit yarada bilərsiniz.

Bu əşyaların hər biri təbiəti evinizə gətirmə fürsətidir. Budaqları ya da dəniz qabığlarını kitab və fotoşəkil çərçivələrilə birləşdirə, qaya daşlarını vazaların içinə qoya bilərsiniz.

Evinizi təbiət rəsmi və ya fotoşəkillərilə bəzəyin.

Təbiəti evə gətirmənin bir yoluda təbiət rəsmi və ya fotoşəkilləridir. Okean rəsmi, dağ mənzərəsi fotoşəkli ya da sonu görünməyən meşə şəkli qapalı bir mühiti daha açıq və geniş göstərəcəkdir. Bundan əlavə, səyahətlərinizdə çəkdiyiniz heyranedici təbiət şəkillərini böyüdərək və evinizdə göstərə bilərsiniz.