Mənzil təmirini nədən başlamaq lazımdır?

Mənzil təmirini nədən başlamaq lazımdır?

Mənzil təmirini ilk öncə mənzilin dizaynından başlamaq lazımdır. Təyin etdiyiniz dizayn, nəzərdə tutduğunuz büdcəni aşmamaq üçün kiçik nüansları dəqiq araşdırlamlısınız. Əgər mənzil dizaynı haqqında geniş bilgilərə malik deyilsinizsə bunu peşəkarlara həvalə edə bilərsiniz. Biz isə sizə dizaynla bağlı vacib məqamları təqdim edəcəyik.

Dizaynı başlamaq üçün ilk öncə təmir olunacaq otaq və ya mənzilin hansı funksiyanı daşayacağını, mənzildə kimlərin yaşayacağını müəyyən etmək lazımdır.

  • Mənzilin tərzi və rəng çalarları da vacib amillərdən biridir. Mənzildə yaşayan insanlar üçün burada vaxtlarını keçirmək komfortlu və xoş olmalıdır. İnteryerdə olan rənglərin çox böyük əhəmiyyəti vardır və bu rənglər insanın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Mənzilin tərzi birbaşa mənzil sahibinin hobbilərindən və yaşayış tərzindən asılıdır. Ev sahibinin hər hansı bir hobbisi və ya marağı varsa, mütləq evində də dekorasiya üçün həmin detallardan istifadə olunmalıdır (maraqlı şəkillər və ya incəsənət əsərləri və s).
  • Otaqların (mənzilinin) ölçüləri:  Əlbətdə ki, hamımız böyük saraylarda yaşamaq arzusundayıq. Lakin realist olub və əlimizdə mövcud olan imkanlara baxmaq lazımdır. Bizim məqsədimiz – əşyaları mənzilə harmoniya ilə yerləşdirməkdir.
    Kiçik mənzillərdə məsələn böyük mebeli, çılçıraqları yerləşdirmək çətindir.  Bu cür mənzillərin dekoru adətən daha açıq rənglərdə, lokanik, böyük olmayan mebel ilə yerləşdirilir. Və əksinə, böyük sahəli mənzillərdə xırda elementli mebel zövqsüz görünəcəkdir. Bu cür mənzillər üçün qeyri-adi layihələr yaratmaq və həyata keçirmək maraqlı olacaqdır. Bu səylərin nəticəsində gözəl, rahat, səmərəli və illər boyu gözünüzü oxşayan tərz əldə edəcəksiniz.
  • Dizayn və interyerın proyekti: Bu etapda siz professionalların bilik və bacarağından istifadə etmək və ya öz potensialınıza güvənməli olduğunuza qərar verirsiniz. Birinci halda, seçdiyiniz və ya tanışların məsləhət gördüyü dizayn studiyasına müraciət edirsiniz. Adətən bu studiyalarda müxtəlif tərzlərdə çalışan bir neçə dizayner olur. Bu yanaşmanın bir çox müsbət cəhədləri vardır. Belə ki, bu zaman evinizin layihəsi və tərtibatı professionallar tərəfindən həyata keçiriləcək və bütün xırda detallar nəzərə alınacaqdır. Dizayn studiyalarında dizaynerlər fikrinizi nəzərə alaraq və zövqünə uyğun dizayn hazırlayacaq. Belə xidmətinin bir mənfi cəhəti odur ki, bu xidmət ödənişlidir.

Sonda isə qeyd etmək istəyirik ki, mənzilin dizaynını təyin etməzdən öncə hər xüsusiyyəti nəzərə almaq lazımdır: divarlar, döşəməni, radiatorları, pəncərələrin yerləşməsi, tavanın hündürlüyü, qapıların sayı. Bu çox yorucu işdir, lakin səyləriniz nəticəsində Siz unikal bir interyer yaradacaqsınız.

Bu işdə bədii zövqünüzü və individuallığınızı göstərin. Sizin tələblərinizi və üstünlüklərinizi nəzərə alan, Sizin üçün yaradılmış mühit Sizi yeni nailiyyətlərə və parlaq planlara ilham verəcək.

Daha sonra mənzil təmirinin qiyməti (smetası) hazırlanmalıdır, yəni təmirə dəqiq nə qədər pul xərclənəcək: istehlak və üzlük materialları, alətlər, nəqliyyat, ustaların əmək haqqı, zibilin daşınması və digər gözlənilməz xərclər (təmirin 10% çata bilər).

Daha sonra dizayna uyğun santexnika, dayaqlarının qoyulması, elektrik xətlərinin, astar, üzlük, suvaq, o cümlədən döşəmənin, tavanın rənglənməsi, santexnika qovşağının kafel, metlax ilə üzlənməsi, divar kağızının vurulması, parketin laklanması.