Melissa Groupda YENİ təmirli mənzillər

Yeni mənzil sahibi olmaqdan daha yaxşı nə ola bilər? Əlbəttə ki, tam təmirli yeni mənzilinizin olması.

Ev aldıqdan sonra yeni bir missiya yaranır. Bu missiya mənzilinizin təmir edilməsidir. Mənzil təmiri ən az satınalma qədər vacib və bir o qədər də çox vaxt tələb edən məsələdir. Çünki uzun illər vaxt keçirəcəyiniz məkanınızın ürəyinizcə, zövqlü və rahatlıq hissi yarada biləcəyiniz şəkildə təmir etdirmək hamımızın arzusudur.

Bütün bunları nəzərə alaraq Melissa Group şirkəti hal-hazırda tikintiləri davam edən Melissa Park layihəsinin 2-ci massivi və Melissa Residence layihəsinin 7-ci blokunda sizlərə tam təmirli mənzillər təklif edir. Bu mənzillər yüksək keyfiyyətli təmir materialları və hamam aksessuarlarından istifadə edilməklə xüsusi zövqlə hazırlanıb sizlərə təhvil veriləcək.

Zövqünüzü oxşayacaq formada təmir edilən mənzillərdə İspaniya istehsalı kafel, metlax, Belçika istehsalı divar kağızları, Türkiyə istehsalı giriş qapısı, sanitar qovşaq və laminat kimi yüksək davamlılığa sahib və uzunömürlü materiallardan istifadə edilib. Melissa Group sizlərə təmir müddətinə qədər modern və klassik üslubda olmaqla 2 təmir növündən birini seçməyi təklif edir. Hər iki təmir növü hazırki gündəmin dəbinə cavab verəcək şəkildədir.

Melissa Group olaraq mənzillərimizin təmir və dizaynın “Baku Project” şirkətinə həvalə etmişik. 2014-cü ildə təsis olunmuş adı çəkilən şirkət ölkəmiz və beynəlxalq arenada yetərincə tanınır. Şirkətin mütəxəssisləri Azərbaycanda və xaricdə bir çox dövlət və özəl layihələrdə iştirak etmişlər.

Qeyd edək ki, Melissa Groupun tezliklə istifadəyə veriləcək yeni satış və ofis mərkəzinin dizaynı da “Baku Project” şirkətinə aiddir.

Təmir nümunələrinə baxmaq üçün uyğun sahəni seçin:

Yeni mənzilə sahib olmaq üçün bizdən təklif amaq üçün əlaqə nömrənizi saxlayın, biz sizinlə əlaqə saxlayaq…