“Melissa Group”-un sakinlərinə verdiyi dəyər

https://melissagroup.az/storage/app/media/melissa-group-un-sakinlerine-verdiyi-deyer20220124093654.png

Mənzil alarkən önəmli məqamlar çoxdur. Məhz seçim edərkən onlara diqqət etmək önəmlidir. Bu barədə bundan öncəki yazılarımızda məlumatlar vermişdik. Amma iş təkcə mənzil almaqla bitmir. Aldığımız mənzildə illər keçirəcəyimizi nəzərə alsaq, mənzildən əlavə evi aldığımız şirkət də ən az o qədər önəmlidir.

Yaşadığınız mənzildə mütəmadi olaraq problemlərlə üzləşib, narahat bir həyat tərzi yaşamaq istəmirsinizsə, mənzil almazdan öncə tikinti şirkətini yaxşı analiz etməyiniz lazımdır. Bunun üçün ilk olaraq həmin şirkətin sakinlərinə verdiyi dəyəri araşdırın. Sakinlərin yaşadığı kompleksdə hansı problemlərlə üzləşdiyinə baxıb, şirkətin bu problemlərin həlli üçün çalışıb – çalışmadığını da orada yaşayan sakinlərdən soruşa bilərsiz.

Günümüzdə bir çox tikinti şirkətləri və komplekslər var ki, onlar mənzilləri təhvil verdikdən sonra sakinlərin problemləri ilə maraqlanmır. Ortaya çıxan problemlərin (İstilik sistemində, suyun, qazın, işiğın verilməsində, lift sistemində və s.) həllində heç bir səy göstərmir.

Bir növ mənzili təhvil verdikdən sonra öhdəliyinin bitdiyini düşünür. Belə olan halda isə sakinlər əsəb, gərginlik və yersiz münaqişələr yaşamalı olur. Bu isə heç birimizin arzulamadığı bir durumdur. Bu yazını oxuyarkən “Bəs ən yaxşı şirkət hansıdır?, Sakinlərinə dəyər verən kompleks varmı?” kimi sualları yarandısa, elə o suallarınıza da cavab verək.

MELİSSA GROUP – sakinlərinin rahatlığını və komfortunu düşünən yaşayış kompleksi
İnsanların arzu, istək və tələblərinə diqqətlə yanaşan “Melissa Group” yeni kampaniyalar və daha sərfəli satış şərtləri ilə vətəndaşlarımıza xidmət edir. Melissa Gruopun sərfəli kampaniyaları yüzlərlə ailənin yeni mənzil arzusunu reallaşdırıb.

Melissa Parkın əsas üstünlüklərindən biri isə sakinləri ilə yaxın münasibətdə olmasıdır. Şirkət sakinlərə xidməti daim yüksək səviyyədə saxlayır. Yaranan problemləri də anında dəyərləndirib, aradan qaldırır. Kompleksin hər hansı bir sakininə yaxınlaşıb şirkət barədə soruşsanız, müsbət fikirlər söyləyəcəklərindən əmin ola bilərsiniz. Çünki bu kompleksdə sakinlər və şirkət əməkdaşları bir ailə kimidir. Şirkətin sakinlərə verdiyi dəyərdən danışmışkən onu da qeyd edək ki, Melissa Group şirkəti ötən ildə olduğu kimi bu il də Melissa Park və ASP layihələrinin sakinləri üçün “Novruz şənliyi” təşkil edib. Milli dəyərə yüksək ehtiram və diqqətlə yanaşan şirkətin Novruzun əsas simvolları ilə təşkil etdiyi şənlikdə sakinlər əylənərək, Novruz bayramlarını qeyd ediblər.

Təkcə Novruz bayramında deyil digər bayramlarda (Yeni il, 8 mart, Sevgililər günü) və əlamətdar günlərdə də kompleks sakinlərini unutmur. Onların əyləncəsi və istirahəti üçün gözəl tədbirlər və layihələr həyata keçirilir.

Növbəti ildə sizləri də sakinimiz olaraq bayram tədbirində görmək ümidi ilə, Novruz Bayramınız Mübarək olsun.